Главная > Siyasət > Kreml İrəvan və Bakı ilə əlaqələrdə monopoliya iddiasında olmadığını bəyan edib

Kreml İrəvan və Bakı ilə əlaqələrdə monopoliya iddiasında olmadığını bəyan edib


6-11-2021, 12:47. Разместил: admin
Kreml İrəvan və Bakı ilə əlaqələrdə monopoliya iddiasında olmadığını bəyan edib


Rusiya Ermənistan və Azərbaycanla əlaqə saxlamaq üçün müstəsna hüquq əldə etmək niyyətində deyil. 

 Tass xəbər verir ki, bu  barədə Rusiya XİN-in  2020-ci il noyabrın 9-da Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli bəyanatının imzalanmasının ildönümü ilə bağlı yaydığı bəyanatında deyilir.

Sənəddə deyilir: “Rusiya tərəfi Ermənistan və Azərbaycanla ünsiyyətdə monopoliya iddiasında deyil. Baxmayaraq ki, bizi bu ölkələrlə və xalqlarla uzun, sıx dostluq, bütün istiqamətlərdə genişmiqyaslı tərəfdaşlıq əlaqələri bağlayır. Əksinə biz dəyişmiş regional reallıqları adekvat nəzərə alaraq beynəlxalq birliyin mövcud potensialından səmərəli istifadənin tərəfdarıyıq”.

Sənəddə qeyd olunur ki, Moskvanın təşəbbüsü ilə yaradılan bütün üçtərəfli sənədlər və mexanizmlər tərəflərin üzərinə qoyulmayıb, yoxlanılmış maraqlar balansına əsaslanıb, Bakı və İrəvanın suverenliyinə və maraqlarına son dərəcə hörmətli münasibəti nəzərdə tuturdu. “Biz bir sıra təşəbbüslərimizlə razılaşa bilmədik və bu normaldır. Amma artıq təsdiqlənmiş razılaşma, necə deyərlər, əziyyətlə əldə olunub və praktikada effektiv şəkildə həyata keçirilir” - diplomatik departamentdən vurğulayıblar.


Вернуться назад