Главная > Siyasət > Zəfər günü parad olacaq? - RƏSMİ AÇIQLAMA
Zəfər günü parad olacaq? - RƏSMİ AÇIQLAMA27-10-2021, 13:33. Разместил: admin |
Noyabrın 8-i Zəfər günü ilə bağlı Bakıda möhtəşəm hərbi paradan keçirilməsinə dair məlumatlar yayılır. Maraqlıdır, qələbənin ilk ildönümü ilə bağlı paytaxtda parad və ölkə hüdudunda hansısa tədbirlərin keçirilməsi planlaşdırılırmı? Bakı Şəhər İcra Hakimiyyətinin rəsmisi İsrafil Məmmədov Bizim.Media-ya açıqlamasında paradın keçirilməsi barədə məlumatsız olduğunu, amma ölkəmiqyaslı tədbirlərin təşkil olunacağını söyləyib: “Zəfər günü ilə bağlı tədbirlər əlbəttə ki, olacaq. Keçirilən tədbirlər ölkə miqyaslı olduğu üçün bununla bağlı Prezident Administrasiyasından təlimat gəlməlidir. Biz həmin tədbirlərin həm təşkilatçısı, həm də iştirakçısıyıq. Paradın keçirilib-keçirilməyəcəyi ilə bağlı isə məlumatım yoxdur. Bəlkə parad olacaq, ya başqa bir tədbir keçiriləcək, bilmirik. Ölkəmiqyaslı tədbirlər planı isə bizə növbəti həftə təqdim olunacaq. Çünki hazırda rayon icra hakimiyyətlərinin hamısının başı şəhidlərin il məqarsimlərinə qarışıb”. Paytaxtda hərbi paradın keçirilməsinə gəlincə, məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etsək də, cavab ala bilmədik. Xatırladaq ki, Qələbəyə həsr olunmuş ilk zəfər paradı 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilib. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Zəfər paradında iştirak ediblər. Вернуться назад |