Главная > Siyasət > Kəmaləddin Heydərova yeni vəzifə verildi
Kəmaləddin Heydərova yeni vəzifə verildi27-10-2021, 11:18. Разместил: admin |
Azərbaycan Respublikasının mülki müdafiə planının hazırlanması üzrə Komissiya yaradılıb. Bu barədə Baş nazir Əli Əsədov sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının mülki müdafiə planının hazırlanması üzrə aşağıdakı tərkibdə Komissiya yaradılıb: Komissiyanın sədri Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Komissiya sədrinin müavini Azərbaycan Respublikasının fövqəladə hallar naziri Komissiyanın üzvləri: Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini Azərbaycan Respublikası müdafiə nazirinin müavini Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Azərbaycan Respublikası daxili işlər nazirinin müavini Azərbaycan Respublikası maliyyə nazirinin müavini Azərbaycan Respublikası təhsil nazirinin müavini Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Azərbaycan Respublikası energetika nazirinin müavini Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin müavini İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti. Komissiyaya tapşırılıb ki, Azərbaycan Respublikasının mülki müdafiə planını hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin. Komissiyanın fəaliyyətinin səmərəli təşkili məqsədilə onun üzvlərinin təmsil etdikləri dövlət orqanlarının və qurumların nümayəndələrindən ibarət Komissiyanın İşçi qrupu yaradılacaq. Komissiyanın İşçi qrupunun işinin təşkili və əlaqələndirilməsi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə həvalə ediləcək. Müəyyən edilməlidir ki, Komissiya qanunvericiliklə müəyyən olunmuş qaydada öz fəaliyyətinə müstəqil ekspertləri və mütəxəssisləri cəlb edə bilər. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir. Вернуться назад |