Главная > Siyasət > Paşinyan fürsəti əldən vermək istəmir - Ermənistanın ümidi Azərbaycana qalır

Paşinyan fürsəti əldən vermək istəmir - Ermənistanın ümidi Azərbaycana qalır


26-10-2021, 10:33. Разместил: admin
Paşinyan fürsəti əldən vermək istəmir - Ermənistanın ümidi Azərbaycana qalır


"Artıq görünür ki, Nikol Paşinyan höküməti Ermənistan cəmiyyətini kommunikasiyaların açılması məsələlərinə hazırlayır".
Bunu Milli.Az-a açıqlamasında politoloq Fərhad Məmmədov deyib.

O bildirib ki, demək olar ki, dəhlizlərlə, kommunikasiyaların açılması ilə bağlı artıq razılaşma əldə olunub:

"Paşinyanın MDB dövlət başçılarının zirvə görüşündə delimitasiya, demarkasiya işlərinə və kommunikasiyların açılmasına hazır olduqlarını qeyd etməsi, ardınca bu gün parlamentdə Ermənistanın 2022-ci il büdcəsinin müzakirəsi zaman açıqlamasında "Ermənistanın hansısa ölkəyə ərazi iddiası yoxdur. Regionda yeni dövr başlayır. Ermənistan iqtisadiyyatının inkişafı üçün əlaqələrin açılması vacibdir. Bütün bunlar üçün regionda düşmənçilik atmosferindən çıxmaq lazımdır" kimi ifadələrə yer verməsi və Rusiya dövlət başçısının Valday forumundakı son müsbət siqnalları əsas verir ki, sənədlərin imzalanmasını yaxın müddətdə gözləyə bilərik. 

Paşinyan və onun hökümət üzvləri artıq bir neçə belə bəyanat səsləndiriblər. Əsasən bəyanatlardan biri də iqtisadiyyat nazirliyinə aiddir ki, kommunikasiyalar açıldığı təqdirdə Ermənistanın ümumdaxili məhsulu yaxın 2, 3 il ərzində 30% artacaq. Eyni zamanda bu kommunikasiyalar Ermənistana təkcə Azərbaycandan yox, həm də Türkiyədən sərhədlərin açılması, nəqliyyat dəhlizlərinin bərpa edilməsi Ermənistana imkan verəcək ki, həm Şərq-Qərb (Türkiyə - Qara dənizə və Qərblə - Aralıq dənizinə çıxış) vektorunda, həm Şimal-Cənub vektorunda nəqliyyat dəhlizlərindən istifadə etsin, Azərbaycan vasitəsi ilə də üzv olduğu  Avrasiya İqtisadi İttifaqındakı digər üzv ölkələrə çıxış əldə edəcək. Bu, Xəzər dənizi vasitəsilə Qazaxıstana və dəmiryolları ilə Rusiyaya. Şimal-Cənubda isə Naxçıvan üzərindən İranla əlaqələri yaranacaq və bu da Ermənistanın da iştirak etdiyi və onların irəli sürdüyü Şimal-Cənub nəqliyyat dəhlizinin bir parçası olur. Çünki bütün nəqliyyat dəhlizlərindən ən ucuz nəqliyyat forması birinci dəmiryoludur, sonra avtomobil yolları gəlir və nəhayət hava nəqliyyatıdır ki, o da ən bahalıdır. 

TIR-larla mal daşımaq olduqca bahalıdır. Ona görə də dəmiryolu olduğu təqdirdə nəqliyyat xərcləri ucuzlaşır. Ona görə iqtisadiyyat üçün də məhz dəmiryolları olması olduqca vacibdir. Bu infrastruktur Ermənistanda da, Naxçıvanda da, İranda da var. Buna görə də Paşinyan kommunikasiyaların açılmasının Ermənistan iqtisadiyyatına töhfələri haqqında daha çox danışır. Bu da bizə əsas verir deməyə ki, dəhlizlərlə, kommunikasiyaların açılması ilə bağlı artıq razılaşma əldə olunubdur. İndi onun hansısa bir sənəddə əksini tapmasını gözləməliyik. 

Avqust ayından gözlənilirdi ki, bu danışıqların məntiqi nəticəsi ya noyabrın 10-u, ya da ilin sonuna qədər baş tuta bilər. İndi forma maraqlıdır. Bu, ya ölkə başçılarının bəyanatı formasında olacaqdır, - amma buna ehtiyac varmı, yoxsa yox, bilmirəm. Amma ayın 11-də (11 yanvar 2021) bəyanat var, - ya da hökümətlərarası komissiyanın bir qərarı olacaq. Çünki bu təsərrüfat siyasi məsələ olmadığı üçün hökümətlərarası komissiyanın da qərarı ola bilər və yaxud yol xəritəsi ola bilər ki, hansı müddətdə hansı yollar, kommunikasiyalar açılır və qarşı tərəfin istifadəsinə verilir".


Вернуться назад