Главная > Siyasət > Vətən Müharibəsinin 30-cu günü nələr baş verdi? - XRONİKA
Vətən Müharibəsinin 30-cu günü nələr baş verdi? - XRONİKA26-10-2021, 10:26. Разместил: admin |
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Vətən müharibəsinin oktyabrın 26-na aid olan xronikasını təqdim edirik. - Prezident İlham Əliyev xalqa müraciət edib. - Prezident İlham Əliyev xalqa müraciətində Zəngilan, Qubadlı, Cəbrayılın azad edilmiş kəndlərinin adlarını açıqlayıb. - Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva instaqram hesabında Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir sıra kəndləri və Qubadlı şəhəri işğaldan azad edilməsi münasibətilə bağlı paylaşım edib. - Prezident İlham Əliyev İtaliyanın Rai-1 televiziya kanalına müsahibə verib. - Ermənistan silahlı qüvvələri bölmələrimizi artilleriya atəşinə tutub. - Tovuz, Gədəbəy və Daşkəsən rayonları Ermənistandan atəşə tutulub. - Ermənistan atəşkəs rejimini pozmaqda davam edib. - Ağcabədi rayonu, Tərtər şəhəri atəşə tutulub. - Düşmən kvadrokopteri məhv edilib. - Düşmən Tərtəri “Smerç” ilə atəşə tutub. - Qubadlı rayonunun işğaldan azad olunan Padar və Xanlıq kəndlərinin videogörüntüsü yayılıb. - İşğaldan azad olunan Qubadlı şəhərinin videogörüntüsü yayılıb. Вернуться назад |