Главная > Siyasət > Nazir yüksək vəzifəli şəxsləri işdən çıxardı
Nazir yüksək vəzifəli şəxsləri işdən çıxardı21-10-2021, 13:07. Разместил: admin |
Sabunçu Rayon Polis İdarəsində xidməti yoxlama aparılıb. Manset.az məlumatına görə, xidməti yoxlamanın nəticəsində Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə Sabunçu Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Azər Quliyev, Təhqiqat şöbəsinin rəisi, polis polkovnik-leytenantı İlqar Rzayev, Cinayət-axtarış şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rəşad Rəcəbov, Növbətçi hissənin rəisi, polis polkovnik-leytenantı Əli Babayev, müstəntiq Elxan Hacıyev, İctimai Təhlükəsizlik şöbəsinin inspektoru, polis kapitanı Vasif Sadıqov və kadrlar üzrə rəhbər Şəbnəm Rzayeva tutduqları vəzifələrindən azad olunublar. Вернуться назад |