Главная > Siyasət / Video > İranlı ekspert Tehranın əsassız iddialarını 17 dəlillə çürütdü - VİDEO
İranlı ekspert Tehranın əsassız iddialarını 17 dəlillə çürütdü - VİDEO14-10-2021, 12:14. Разместил: admin |
Heç bir əsası olmadan, sadəcə öz məkrli maraqları və Ermənistana olan “sevgisi” naminə Azərbaycanı regionda terrorçuların mövcudluğunda ittiham edən İrana qarşı elə onun öz ekspertlərindən biri Əli Əlizadə tərəfindən hələ aylar əvvəl tutarlı cavab verilib. Bu barədə “Azad İran” “YouTube” kanalında bildirilib. İranlı ekspert mövzu ilə bağlı məqaləsində Qarabağ müharibəsində “təkfirçi qüvvələrin iştirakının” qeyri-mümkün olduğunu göstərən nə az, nə çox 17 dəlil irəli sürüb. Azərbaycan ordusunun potensialını və iqtisadi imkanlarımızı təhlil edən və ölkəmizin Ermənistanı bütün göstəricilər üzrə qat-qat üstələdiyi qənaətinə gələn Əli Əlizadə məntiqi nəticə olaraq Azərbaycan dövlətinin Ermənistanla savaş zamanı hansısa cihadçı qüvvələrin köməyinə ehtiyacı olmadığını göstərib. Ətraflı videoda: <embed width="640" height="360" src="https://player.olke.az?v=2907&share_user_id=" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></embed> Вернуться назад |