Главная > Siyasət > Bakı-Ankara-İrəvan-Moskvanın pıçıltılı danışdıqları - Rosbalt
Bakı-Ankara-İrəvan-Moskvanın pıçıltılı danışdıqları - Rosbalt29-09-2021, 12:08. Разместил: admin |
Paşinyan bu məsələdə özünü qorumaq üçün ehtiyat edir. Ancaq bir misal var deyərlər ki, siçanı torbada çox gizlədə bilməzsən. Paşinyanın və Ermənistanın Zəngəzur dəhlizinin açılmasına razılıq verməkdən başqa yolu yoxdur. Əgər Ermənistanın Azərbaycan qarşı 30 illik işğalçılıq siyasəti olmsaydı və o zaman Zəngəzur nəqliyyat dəhlizi də dünyada bu qədər ajiotaja səbəb olmazdı. Artıq Zəngəzur dəhlizi Ermənistanın özündə "böyük dava" üçün bəhanəyə çevrilib. 2020-ci ilin noyabrında Azərbaycanın Ermənistan üzərində qələbəsindən sonra Azərbaycan-Rusiya-Ermənistan arasında imzalanan üçtərəfli bəyanatın tələblərinə görə, Bakı ilə Naxçıvanı birləşdirən, o cümlədən bölgədə kommunikasiyaların açılması məqsədi ilə Zəngəzur dəhlizinin açılması nəzərdə tutulur. Bununla bağlı olaraq “Rosbalt” Zəngəzur dəhlizinin reallaşması ilə bağlı yaranmış durumu şərh edən “О чем Баку, Ереван, Москва и Анкара пока говорят шепотом” (Bakı, İrəvan, Moskva və Ankaranın nəyi hələlik pıçıltı ilə danışır) məqaləsi dərc olunub. Məqalədə qeyd olunur ki, Türkiyə Prezidenti Zəngəzur dəhlizinin açılmasını birmənalı şəkildə Ermənistanla diplomatik münasibətlərin bərpası ilə əlaqələndirir. Ərdoğana görə, bu siyasi bir məsələdir. Ancaq geniş mənada bölgə üçün fərqli bir yük də daşıyır. Azərbaycan tərəfinin sözlərinə görə, dəhlizin açılışı üçtərəfli bəyanatla yazılıb, lakin İrəvan bunu təsdiq etmir. Məqalədə qeyd olunub ki, Baş nazir Nikol Paşinyanın Zəngəzur dəhlizinin açılmasına mane olmamaq üçün məhdud bir formada, avtomobil və dəmir yollarının paralel iştirakı olmadan şifahi vəd verib. Bəs görəsən Azərbaycan, Rusiya və Ermənistan rəsmilərinin Moskvadakı “gizli danışıqlarında” nələr müzakirə olunub. Və Paşinyanın Ərdoğandan “gizli görüş” istəməsi doğrudurmu? Bəs bu "sehrli" dəhliz nədir? Ermənistanın Zəngəzur bölgəsindən keçərək, Azərbaycanın qərb bölgələrini öz anklavı - Türkiyə ilə həmsərhəd olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirir. Prezident İlham Əliyev onun fəaliyyətinə böyük əhəmiyyət verir və “Ermənistan istəsə də istəməsə də” müvafiq layihənin həyata keçiriləcəyini xəbərdar edir. Dəhliz nəinki Bakını Naxçıvanla, Türkiyə ilə birləşdirəcək, həm də Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində əhəmiyyətli bir halqaya çevriləcək ki, bu da Azərbaycanın nəqliyyat qovşağı kimi əhəmiyyətini əhəmiyyətli dərəcədə artıracaq. İlham Əliyev bölgə ölkələri üçün yeni imkanlar açacağına əmindir: Türkiyə öz mallarını Orta Asiyaya daha qısa bir yolla nəql edə biləcək. Ermənistan 30 ildən sonra Rusiya ilə və İranla dəmir yolu əlaqəsini bərpa edəcək. Azərbaycan Prezidenti onu da xatırladıb ki, İranla Ermənistan arasında dəmir yolunun tikintisi iyirmi ildir müzakirə olunur, amma heç bir real dəyişiklik yoxdur. Layihənin dəyəri 3 milyard dollardır. Zəngəzur dəhlizi açılanda, Naxçıvanla İran arasında dəmir yolu olduğu üçün Ermənistan bundan istifadə edə biləcək. Bütün bu sxemlər nəticədə bölgəni Çinə və Avropaya, eləcə də Yaxın Şərq ölkələrinə çıxaracaq. Ümumiyyətlə, Zəngəzur dəhlizi təkcə bölgənin maraqları baxımdan blokadada olan Ermənistan da daxil olmaqla hər kəs üçün faydalıdır. Bu yol vasitəsi ilə Rusiya, Avrasiya İqtisadi İttifaqına üzv və digər ölkələrlə etibarlı dəmiryol əlaqəsini yaradacaq. İrəvan isə təşviş içindədir. Lragir yazır ki, Ərdoğan Paşinyanla görüşün ilkin şərti olaraq Zəngəzur dəhlizinin açılmasıdır. Erməni nəşri "Hraparak" da yazır ki, Zəngəzur dəhlizinin açılması, eləcə də SSRİ dövründən qalmış xəritələr əsasında Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyası məsələsi həll olunub. İrəvandakı müxalifət isə həyəcan təbili çalır. Müxalif “Ermənistan” parlament fraksiyasının rəhbəri əmindir ki, Türkiyə-Azərbaycan ittifaqı Zəngəzur vasitəsilə dəhliz əldə etmək üçün hər şeyi edəcək. Çünki Paşinyan gah dəhlizin açılmasından qəti şəkildə imtina etdiyini bəyan edir, gah da bu hesabla bağlı bəzi qeyri-müəyyən şərhlər verir. Odur ki Paşinyan bu məsələdə özünü qorumaq üçün ehtiyat edir. Ancaq bir misal var deyərlər ki, siçanı torbada çox gizlədə bilməzsən. Ermənistan rəhbərliyinin Zəngəzur dəhlizi ilə bağlı bir-birinə zidd bəyanatlar verəs də, nəticə etibarilə Zəngəzur dəhlizinə konkret olaraq "yox" demir. Daban-dabana zidd olan bəyanatları siçan-pişik oyununun xatırladır. Bu barədə cəmiyyətə açıq fikir bildirməsələr də, pıçıltı ilə dəhlizin açılmasından danışırlar. Əgər gözəl bir səhər Zəngəzur dəhlizinin açılması ilə bağlı işlərin başladığını, sonra da Paşinyanla Ərdoğan arasında “səmimi” bir görüş haqqında xəbərin veriləcəyi də təəccüblü olmayacaq. “Rosbalt” yazır ki, Zəngəzur dəhlizi baxımından Ermənistanın blokadadan çıxmasının başqa yolu yoxdur və dalana dirənər. Вернуться назад |