Главная > Siyasət > "Moskva İrəvanın nazı ilə oynamaq fikrində deyil" - Rusiyalı ekspert
"Moskva İrəvanın nazı ilə oynamaq fikrində deyil" - Rusiyalı ekspert28-09-2021, 15:00. Разместил: admin |
"Prezident İlham Əliyev qələbənin təmin edilməsi üçün iki vacib addım atdı. Birincisi, o gələcək siyasi hədəflərini həyata keçirmək üçün Azərbaycanın ordusunu qura bildi. Bu çox ciddi zəhmət və resurs tələb edirdi". “Gazeta.ru” qəzetinin hərbi eksperti Mixail Xodarenko 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin Ermənistanın isə məğlubiyyətinin səbəblərini açıqlayıb. Xodarenkonun yazdığına görə, ermənilər Azərbaycanın qələbənin əldə edilməsinə əsas şərt kimi Türkiyənin “Bayraktar TB2”ni və İsrailin “Harop”unu göstərir. Ekspert hesab edir ki, müharibədə müasir innovasiyalar əsas rol oynayır, amma bu yetərli fakt deyil. Azərbaycanın qələbə əldə edilməsində hərbi-siyasi rəhbərliyin verdiyi dəqiq qərarları müstəsna rol oynayıb. Ekspert Birinci Qarabağ savaşındakı məğlubiyyətinin səbəbini orduda yetərincə peşəkar hərbçilərinin yoxluğu ilə izah edib. Bildirib ki, 1991-ci ilin statistikasına görə, sovet ordusunda cəmi bir azərbaycanlı general var idi. O da Valeh Bərşadlı idi. Ermənilərin isə təkcə generalları deyil, həm də çoxlu sayda peşəkar zabitləri SSRİ ordusunda qulluq edirdi. Nəticədə müharibədə Azərbaycanın hərbi təcrübəsizliyi məğlubiyyətinə səbəb oldu. Ekspertin fikrincə, ermənilər birinci müharibədən qalib çıxdıqdan sonra uğurdan başları gicəlləndi. Onlar elə hesab edirdilər ki, daha Azərbaycan onlara qarşı heç bir addım atmayacaq və həmişə vəziyyət belə qalacaq. Amma hər şey əksinə oldu. "Prezident İlham Əliyev qələbənin təmin edilməsi üçün iki vacib addım atdı. Birincisi, o gələcək siyasi hədəflərini həyata keçirmək üçün Azərbaycanın ordusunu qura bildi. Bu çox ciddi zəhmət və resurs tələb edirdi. İkincisi isə Əliyev Türkiyənin dəstəyini almağa nail oldu. Bütün mənalarda deyə bilərik ki, Ankara bu gün regional liderdir. Digər tərəfdən Paşinyan və Ermənistan hakimiyyətinin üzvləri isə Bakının bu hərəkətlərinə dırnaqarası baxırdılar. Elə bu səbəbdən də ordunun gücləndirilməsi və döyüş qabiliyyətinin artırılması istiqamətində heç bir addım atmırdılar" - o bildirib. Ekspertin sözlərinə görə, Ermənistan hesab edir ki, əgər müharibə olarsa, müttəfiqlərinin ona kömək edəcəyini, qısa müddətdə döyüşləri dayandıracağına inanırdı: "Lakin Qərb Ermənistandan uzaq dayandı. Rusiya isə son dönəmlər İrəvanın nazı ilə oynamaq fikrində deyil. Həmçinin Kreml bu oyunlara qatılmaq istəmir. Bir də ki, Rusiya açıq bəyan edir ki, həm Ermənistan, həm də Azərbaycan onun tərəfdaşıdır. Bax, Azərbaycan İkinci Qarabağ müharibəsində qələbəni daddı. Bunun hansı dərəcədə əhəmiyyətli olduğunu ifadə etmək çox çətindir. Ona görə də, Azərbaycan Qarabağın statusu məsələsini müzakirə belə etmək istəmir. Üstəlik, İlham Əliyev bəyan edib ki, bu məsələ gündəlikdə yoxdur. İrəvan üçün vəziyyət açıq şəkildə əlverişsizdir. Çox az (və üstəlik, hələ də azalan) əhalisi və məhdud maliyyə imkanları olan bir ölkə… Ona görə də funksional cəhətdən tam müasir bir ordu yarada bilməz. Ermənistanın ən ağrılı yerlərindən biri də özünün hərbi hava qüvvələrinin olmamasıdır. Misal olaraq bildirim ki, hər bir ölkənin havadan müdafiə olunması üçün orta hesabla 100 döyüş aviasiyası olmalıdır. Bir təyyarənin qiyməti isə 120-150 milyon dollardır. Üstəlik, bu təyyarələrin ən azı 30 sutka döyüş təcrübəsi olmalıdır. Bunun üçün 15 milyard dollar pul lazımdır ki, Ermənistan da həmin vəsaiti tapa bilməz. Ermənistandan fərqli olaraq Azərbaycan yeni ordu qurmaq üçün həm maddi, həm də digər reurslar baxımından geniş imkanlara malikdir. Hazırda atdıqları addımlar da onu deməyə əsas verir ki, Bakı silah arsenalını ən yeni silahlarla təhciz edir". Вернуться назад |