Главная > Siyasət > Azərbaycan XİN Livana başsağlığı verdi
Azərbaycan XİN Livana başsağlığı verdi5-08-2020, 11:09. Разместил: admin |
Azərbaycan Xarici İşlər Nazirliyi Livana başsağlığı verib. Bu barədə Azərbaycan XİN-in rəsmi tvitter hesabında paylaşım edilib. “Beyrut limanında baş verən dəhşətli partlayışlarla bağlı xəbər bizi çox kədərləndirdi. Qurbanların ailələrinə, habelə Livan xalqına başsağlığı veririk. Yaralananların hamısının tez sağalmasını arzu edirik”,- deyə məlumatda qeyd olunub. Xatırladaq ki, avqustun 4-də Beyrutda pirotexniki anbarda baş verən güclü partlayış nəticəsində 100-dən çox insan həlak olub, 4 mindən çox insan yaralanıb. Вернуться назад |