Главная > Siyasət > Azərbaycan Ordusunun Baş Qərargah rəisi Hulusi Akarla görüşüb
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Hulusi Akarla görüşüb13-09-2021, 14:48. Разместил: admin |
Türkiyə Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev sentyabrın 13-də Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akar və Baş Qərargah rəisi ordu generalı Yaşar Güler ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Görüşlərdə hərbi, hərbi-texniki, hərbi-təhsil, mühəndis təminatı və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilib, hər iki ölkənin orduları arasında dostluq və qardaşlıq münasibətləri üzərində qurulan əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb. Вернуться назад |