Главная > Siyasət / Gündəm > Mehriban Əliyeva: "Peşəkar insan ehtiyatı hər bir ölkənin sərvəti hesab olunur"
Mehriban Əliyeva: "Peşəkar insan ehtiyatı hər bir ölkənin sərvəti hesab olunur"31-07-2021, 18:30. Разместил: admin |
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva “Yüksəliş” müsabiqəsinin qaliblərinə məktub ünvanlayıb. Təbrik məktubunda deyilir. "Əziz dostlar, Sizi – intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunan “Yüksəliş” müsabiqəsinin qaliblərini səmimi qəlbdən təbrik edirəm. Müasir dövrdə hər bir fəaliyyət sahəsində yeni ideya və baxışlar tələb edilməklə yanaşı, elmi biliklərə əsaslanan bacarıq və vərdişlərə malik kadr ehtiyatlarının mövcudluğu vacib şərtlərdən biridir. Danılmaz həqiqətdir ki, peşəkar insan ehtiyatı hər bir ölkənin sərvəti hesab olunur. İnsan kapitalının inkişaf etdirilməsi bizim üçün həmişə ciddi qəbul edilən prioritet məsələ olmuş və olmaqda davam edir. Ölkəmizdə yüksək intellektə malik insan kapitalının formalaşması və inkişafına, şəxsin müasir bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsinə, müxtəlif sahələrdə qazanılmış qabaqcıl dünya təcrübəsini tətbiq edərək onun potensialının üzə çıxarılmasına hər zaman xüsusi diqqət yetirilib. Azərbaycan son illər ərzində bir çox uğurlara imza atıb, qələbələr qazanıb. Azərbaycan “qara qızılı” insan kapitalına çevirməyi bacaran ölkədir. Davos Ümumdünya İqtisadi Forumunun hesabatına əsasən bir çox göstəricilərə görə Azərbaycan dünya miqyasında ön sıralardadır. Ölkəmiz regionda həyata keçirilən bir sıra mühüm layihələrin təşəbbüskarı və iştirakçısıdır. Bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır. Müzəffər Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı Zəfər müasir tariximizin ən parlaq səhifələrini təşkil edir. Sözsüz ki, bütün bu uğur və qələbələrə biz xalqımızın zəngin insan potensialına arxalanaraq nail ola bilmişik. Əziz dostlar, “Yüksəliş” müsabiqəsi zamanın çağırışlarına cavab olaraq kadr ehtiyatının zənginləşdirilməsi və təkmilləşdirilməsi istiqamətində atılmış mühüm addımlardandır. Əminəm ki, dövlətimizin daimi diqqət və qayğısı ilə siz tükənməz enerji ilə çalışaraq müstəqil Azərbaycanın inkişafı naminə hər zaman öz töhfələrinizi verəcəksiniz. Sizi bir daha təbrik edir, hər birinizə möhkəm cansağlığı və yeni-yeni nailiyyətlər arzulayıram". Вернуться назад |