Главная > Siyasət > Prezident sərəncam imzaladı: 6,2 mln manat ayrıldı

Prezident sərəncam imzaladı: 6,2 mln manat ayrıldı


9-07-2021, 14:44. Разместил: admin
Prezident sərəncam imzaladı: 6,2 mln manat ayrıldı


Prezident İlham Əliyev "Bakı şəhərinin Xətai rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncam imzalayıb.

Sərəncamla Bakı şəhərinin Xətai rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 6,2 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.


Вернуться назад