Главная > Siyasət > KTMT-dən Zəngəzur açıqlaması: Müdaxilə edə bilmərik

KTMT-dən Zəngəzur açıqlaması: Müdaxilə edə bilmərik


3-07-2021, 11:35. Разместил: admin
KTMT-dən Zəngəzur açıqlaması: Müdaxilə edə bilmərik


Ermənistanın cənubunda Zəngəzurda Azərbaycanla sərhəddə yaranmış vəziyyət Kollektiv Rəhlükəsizlik Müqaviləsinin (KTMT) Nizamnaməsinin təsir dairəsinə düşmür.

Tass xəbər verir ki, bunu KTMT-nin baş katibi Stanislav Zas deyib.

Onun sözlərinə görə, Zəngəzurda Ermənistanla Azərbaycan arasında baş verən gərginlik sərhəddin müəyyənləşdirilməsi məsələsidir və ona görə də bu məsələyə müdaxilə etmək hüququna malik deyil.  

“KTMT ancaq işğal və hücumlar zamanı məsələyə müdaxilə edir. Biz isə burada ancaq  sərhəd məsələsi üstündə yaranan gərginliyi müşahidə edirik. Şükürlər olsun Allaha ki, orada nə atəşkəs pozulub, nə də ki, ölüm hadisəsi baş verib. Bu sərhəd məsələsidir və o həll edilməlidir. Biz də məsələnin sülh yolu ilə həllinin tərəfdarıyıq” - KTMT Baş katibi deyib.

KTMT Baş katibi onu da əlavə edib ki, prinsip etibarı ilə orada gərginliyın artması müşahidə edilmir: “Gərginliyin artmaması artıq özü  yaxşı nəticədir. Qarşıda sərhədlə bağlı hələ çox mübahisəli məsələlər var ki, bunları da danışıqlar yolu ilə həll etmək lazımdır”.


Вернуться назад