Главная > Siyasət > "Bandotdel" rəisinə general-mayor rütbəsi verildi
"Bandotdel" rəisinə general-mayor rütbəsi verildi2-07-2021, 10:43. Разместил: admin |
Prezident İlham Əliyevin sərəncamı ilə ali xüsusi rütbə alan zabitlər alasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Əbülfət Rzayev də var. “Sərəncamla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zabiti – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi polis polkovniki Əbülfət Əhəd oğlu Rzayevə polis general-mayoru ali xüsusi rütbəsi verilib. Qeyd edək ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun 2020-ci ilin iyul ayında imzaladığı əmrlə Ə.Rzayev Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə rəis təyin edilib. Вернуться назад |