Главная > Siyasət > Ermənilər Xankəndini tərk edir: Proses daha da sürətlənəcək - FOTO
Ermənilər Xankəndini tərk edir: Proses daha da sürətlənəcək - FOTO25-06-2021, 13:28. Разместил: admin |
“Onsuz da Xankəndidə yaşayan ermənilərin sayları azalıb və bir az da azalacaq. Pandemiya zəiflədikdən sonra oranı daha çox insan tərk edəcək”. Bu sözləri açıqlamasında analitik Elxan Şahinoğlu deyib. O bildirib ki, ermənilər indiki şəraitdə Xankəndidə yaşaya bilməz: “Azərbaycan qanunlarını qəbul etməyəcəklərsə, bizim pasportları daşımayacaqlarsa, bu şəraitdə yaşamaq onlara çətin olacaq. Biz də bunu qəbul etməyəcəyik. Üstəgəl orada sosial şərtlər çox ağırdır. Əvvəlki kimi Ermənistandan Qarabağa dəstək də yoxdur. Bu şəraitdə əlbəttə ki, oranı tərk etmək məcburiyyətində qalacaqlar”. Ekspertin sözlərinə görə, Ermənistan cəmiyyəti Qarabağ yükündən qurtulmaq istəyir: “Araik Arutyunyana gəldikdə isə yaxşı separatçı pis separatçı bizim üçün fərq etmir. Hamısı separatçıdır. Kim ki bizim qanunlarla yaşamaq istəyəcək onlar qalacaq, amma qalanları çıxıb getmək məcburiyyətindədir. Özləri də anlayırlar. Ermənistan cəmiyyət olaraq artıq Qarabağ yükündən qurtulmaq istəyir. Ona görə Paşinyanı baş nazir seçdilər”. E.Şahinoğlu Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanacağı barədə səsləndirilən fikirlərə də münasibət bildirib: “Sülh sazişinin imzalanması üçün gərək Ermənistan minalanmış ərazilərin xəritəsini təqdim etsin, Azərbaycan və Türkiyənin ərazi bütövlüklərini tanısın, Zəngəzur dəhlizinin inşasına mane olmasın. Bunlar olarsa, il ərzində sülh sazişinin imzalanması mümkündür. Bu sazişin imzalanması Xankəndidə qalan ermənilərin ordan köçmə prosesini sürətləndirə bilər”. Вернуться назад |