Главная > Siyasət > "Köçəryan və Sərkisyanın Azərbaycana verilməsi mümkündür" - ŞƏRH
"Köçəryan və Sərkisyanın Azərbaycana verilməsi mümkündür" - ŞƏRH21-06-2021, 14:00. Разместил: admin |
“Ermənistan xalqı Paşinyanı Qarabağı itirdiyinə görə cəzalandırmadı. Faktiki olaraq, Paşinyanın Ermənistanı Qarabağ yükündən xilas etməsinə və onun iqtisadi inkişafına nail olmasına dəstək vermiş oldu”. Bunu “Ölkə.Az”a açıqlamasında politoloq Əhməd Əlili deyib. Seçkinin yekunu olaraq, gələcəkdə Azərbaycana qarşı hərbi cinayətlər işlətmiş və Xocalı kimi soyqırımı cinayətini törədən Robert Köçəryanla, Serj Sərkisyanın Azərbaycana təhvil verilməsinin mümkün olub-olmaması haqqında mövqeyini açıqlayan Əlili deyib ki, bu, zaman alan məslədir: “Seçkilərin nəticəsi kimi Robert Köçəryan və Serj Sərkisyan hərbi cani kimi Azərbaycana gətirilmə ehtimalları artır. Seçkiöncəsi prosesdə Paşinyan “Robert Köçəryan və Serj Sərkisyanı versək, əsgərlərimizi geri ala bilərik” deyib. Odur ki, bu nəzəri cəhətdən mümkündür. Robert Köçəryan və Serj Sərkisyanı Azərbaycan təhvil verib, buradakı digər erməniləri geri ala bilər. Digər tərəfdən bu hərbi canilər barəsində Azərbaycanda cinayət işi açılıb. Adıçəkilən hərbi canilərin Azərbaycana təhvil verilməsi üçün də beynəlxalq hüquqi president də mövcuddur. Beynəlxalq hüququn tələblərinə görə, onların Azərbaycana təhvil verilməsində heç bir problem yoxdur. O baxımdan da Ermənistan tərəfi bölgədə davamlı sülhü və inkişafı istəyirsə, o zaman adıçəkilə canilərin əl-qollarını bağlayıb, Bakıya göndərə bilər. Bununla Paşinyan həm özünü, həm komandasını, həm də bütövlükdə erməni xalqını xilas etmiş olar”. Вернуться назад |