Главная > Siyasət > Vaşinqtonun meri Azərbaycanla bağlı bəyannamə imzaladı - FOTO
Vaşinqtonun meri Azərbaycanla bağlı bəyannamə imzaladı - FOTO27-05-2021, 11:29. Разместил: admin |
Vaşinqton şəhərinin meri Myuriel Bauzer Azərbaycan Demokratik Respublikasının yaranmasının 103-cü ildönümü ilə bağlı 28 May tarixini Respublika Günü elan edib və bununla bağlı bəyannamə imzalayıb. "Report məlumatına görə, bəyannamədə 1918-ci ildə müsəlman dünyasında ilk dəfə olaraq parlamentli demokratik respublikanın yaradılması qeyd olunub. Bildirilib ki, dünyada 50 milyon azərbaycanlı yaşayır, 10 milyon azərbaycanlı diasporu təşkil edir və Vaşinqton şəhəri bu icma üçün ilk 10 şəhər arasında yer alır. Eyni zamanda bu il Azərbaycanın müstəqilliyinin bərpasından otuz il və ABŞ ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasından iyirmi doqquz il keçdiyi bildirilir. Azərbaycanın ABŞ-ın Cənubi Qafqaz və Xəzər dənizi bölgəsində strateji tərəfdaş olduğu vurğulanaraq hər iki ölkənin qlobal enerji təhlükəsizliyinə və regional sabitliyə, sülhə, firavanlığa dəstəyi diqqətə çatdırılır. Вернуться назад |