Главная > Siyasət / Gündəm / Dünya > Azərbaycan pandemiyaya qarşı mübarizədə örnək ölkələrdəndir
Azərbaycan pandemiyaya qarşı mübarizədə örnək ölkələrdəndir29-04-2021, 11:48. Разместил: admin |
2019- cu ilin dekabr ayından bütün dünyanı bürümüş COVİD-19 pandemiyasına qarşı ciddi mübarizə tədbirləri tətbiq olundu. Şəxsi gigiyena qaydaları ilə yanaşı mütəmadi olaraq dezinfeksiya işlərin aparılması da bu tədbirlərdən biridir. Bir çox ölkələrdə izolyasiya və sərt karantin rejimlərinin tətbiq olunmasına baxmayaraq gündəlik yoluxan vətəndaşların sayı sürətlə artırdı. Bu da öz növbəsində pandemiya ilə mübarizədə ən ənənəvi və daha effektli metod sayılan pəyvəndləşmənin rolunu artırdı. Bu gün dünyada müxtəlif vaksinlər istehsal olunur. Təbii ki, ən qabaqcıl və zəngin ölkələr vaksinləri sürətlə sifariş edir. Lakin inkişafda olan və kasıb ölkələr əhalini peyvəndlər təmin etməkdə əziyyət çəkirlər.Ölkəmizdə peyvəndləmə işinə ciddi nəzarət olunur. Bu gün Azərbaycanda peyvənd olunanların sayı bir milyonu keçib və bu da əhalinin 14 faizini təşkil edir. Dövlətimiz koronavirusla mübarizəni həm daxildə həm xaricdə aparır. Belə ki, Qoşulmama Hərəkatının sədri kimi ölkəmiz pandemiya ilə mübarizədə peyvəndləşmə prosesin ədalətli aparılması, vaksinlərin əlçatanlığı təmin edilməsi istiqamətində məsələlər qaldırmışdır. Həmçinin bu işə inkişaf etmiş ölkələri dəstək göstərməyə çağırmışıq. 30-a yaxın ölkəyə pandemiya dövründə humanitar yardım köməkliyi olunub. Bu bizim ölkəmizin dünyada artan nüfuzunun, iqtisadiyyatının güclənməsi nəticəsində əldə olunmuşdur. Müzəffər Azərbaycan ordusu 44 gün sürən müharibə nəticəsində 30 ildən artıq işğal altında olan torpaqlarımızı azad edərək tarixi ədaləti bərpa etmişdir. BMT-nin 4 Qətnaməsinə məhəl qoymayan işğalçı Ermənistanı Şanlı ordumuz qovaraq ata-baba torpaqlarımızdan çıxarmışdır.Ikinci Qarabağ müharibəsində Azərbaycan qələbə çalmış və Dağlıq Qarabağ problemi artıq tarixin zibilliyinə atılmışdır. İndi artıq sülh, quruculuq və Böyük Qayıdış işlərinə start verilmişdir. Prezidentimiz Ermənistanı və onun siyasi dairələrini sülh və əminamanlıq şəraitində yaşamağa səsləyir. Onları qisas almaq fikrindən uzaq durmağa çağırır. Bütün bunlara baxmayaraq Ermənistan və onun xarici havadarları aranı qaldırmağa çalışırlar. Əgər Ermənistan bir daha səhv addım atsa bu onların bir dövlət kimi tamamilə məhv olmasına gətirib çıxaracaq. Xarici havadarları öz isti kabinetlərində oturub erməni xalqının qulağına xoş gedən çox sözlər danışa bilərlər. Ancaq işə gəldikdə heç bir ölkənin əsgəri nə ermənilərin əvəzinə vuruşan deyil nə də heç bir ölkə onlara əvəzsiz olaraq bir dollar belə iqtisadiyyatına pul yaratmayacaq. Önə görə də yaxşı olar ki, Ermənistan və onun siyasi rəhbərliyi bütün bunları tez başa düşsün və qonşuları ilə sülh şəraitində yaşamağı öyrənsin. Aybəniz Novruzova Вернуться назад |