Главная > Siyasət > Prezident: “Çox ciddi nəzarət olunmalıdır ki, təbiətə ziyan vurulmasın”

Prezident: “Çox ciddi nəzarət olunmalıdır ki, təbiətə ziyan vurulmasın”


27-04-2021, 09:13. Разместил: admin
Prezident: “Çox ciddi nəzarət olunmalıdır ki, təbiətə ziyan vurulmasın”


Xəbər verdiyimiz kimi, aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngilan rayonlarında olublar.
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində azad olunan rayonlara səfərdən görüntülər paylaşıb.

Dövlət başçısı Zəngilan rayonunda olarkən deyib:

“Zəngilan rayonunu cənnətə çevirəcəyik. Hər tərəf yaşıl, gözəl təbiət. Əsas məsələ odur ki, şəhərlər, kəndlər bərpa olunarkən bu təbiətə toxunulmasın. Çox ciddi nəzarət olunmalıdır ki, bizim təbiətə ziyan vurulmasın. Baxmayaraq ki, ermənilər bizim təbiətimizə də qəsd etdilər. 54 min hektar meşə zolaqlarını məhv etdilər, kəsib aparıb satdılar. Amma biz bütün meşələri bərpa edəcəyik”.


Вернуться назад