Главная > Siyasət > Lənkəranın rəis müavini Sumqayıtda yeni vəzifəyə təyin edildi
Lənkəranın rəis müavini Sumqayıtda yeni vəzifəyə təyin edildi22-04-2021, 09:38. Разместил: admin |
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov daha bir kadr təyinatı həyata keçirib. "Qafqazinfo" xəbər verir ki, nazirin əmri ilə Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini, polis polkovnik-leytenantı Yelmar Mehdiyev vəzifəsindən azad olunub. Nazirin digər əmri ilə Y. Mehdiyev Sumqayıt Şəhər Polis İdarəsinin Cinayət axtarış şöbəsinin rəisi təyin edilib. Вернуться назад |