Главная > Siyasət > “Sülhməramlılar Xocalı aeroportunda parad keçirmək istəyirlərsə...”

“Sülhməramlılar Xocalı aeroportunda parad keçirmək istəyirlərsə...”


20-04-2021, 10:13. Разместил: admin
“Sülhməramlılar Xocalı aeroportunda parad keçirmək istəyirlərsə...”


“9 May Azərbaycanda dövlət bayramıdır. Əgər sülhməramlılar Xocalı hava limanında parad keçirmək istəyirlərsə, o zaman iştirak etmək üçün Azərbaycan Silahlı Qüvvələrinin bir tank briqadası, Xüsusi Əməliyyat Qüvvələrinin birləşmiş briqadası və Türkiyə “komando”larının göndərilməsini təklif edirəm”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov öz feysbuk hesabında yazıb.

“Bax, bu, yüksək səviyyəli bir tədbir olacaq!”, - deyə sabiq XİN rəhbəri sözlərinə əlavə edib.

Qeyd edək ki, ötən gün Rusiya Müdafiə Nazirliyi Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlılarının 1941-1945-ci il Böyük Vətən müharibəsində Qələbəyə həsr olunan təntənəli keçid üçün məşqlərə başladığına dair məlumat yayıb. Qeyd olunub ki, Xocalı hava limanında baş tutan məşqlərə təxminən 400-ə yaxın hərbçi cəlb olunub. Təntənəli keçid məşqlərinə Dağlıq Qarabağda Rusiya sülhməramlılarının əsas hissəsini təşkil edən 15-ci motoatıcı briqadasının şəxsi heyəti cəlb olunub.


Вернуться назад