Главная > Siyasət / Gündəm > Azərbaycan Prezidenti: Ermənistan əlaqə qurmaq istəyərsə, biz də əlimizdən gələni etməyə hazırıq
Azərbaycan Prezidenti: Ermənistan əlaqə qurmaq istəyərsə, biz də əlimizdən gələni etməyə hazırıq13-04-2021, 14:21. Разместил: admin |
Azərbaycanlılar və ermənilər necə qarşılıqlı əlaqə qura bilərlər? Mən düşünürəm ki, bu, xeyli dərəcə istəkdən, siyasətçilərin müdrikliyindən asılı olacaq. Hesab edirəm ki, biz burada və İrəvanda körpülər qurmaq üçün fəal olmalıyıq. Əlbəttə ki, Ermənistan tərəfi əgər bunu istəyirsə. AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransdakı çıxışında söyləyib. “Biz onların niyyətlərinin nə olduğunu bilmirik, bu işlənib hazırlanmayıb. Mən bir neçə dəfə aydın şəkildə bildirdim: Biz hesab edirik ki, münaqişə səhifəsi artıq geridə qalıb. Ermənistan tərəfi ilə sülh razılmasının mümkünlüyü barədə biz qarşı tərəfdən bununla bağlı hər hansı mesaj almamışıq. Ermənistan Baş naziri sakitdir, Ermənistan xarici işlər naziri aqressivdir. Hazırda Ermənistan Azərbaycana qarşı aqressiv münasibəti aradan qaldıra biləcək durumda deyil. Onlar müharibədə nələrin baş verdiyini xatırlamalıdırlar. Ermənistan müxalifəti panikadadır. Azərbaycanafobiya, Türkofobiya əvvəllər də olduğu kimi ən böyük məsələdir”, deyə Prezident qeyd edib. Ermənilərin seçkiləri Azərbaycanafobiya, Türkofobiya, qisas hissləri üzərində quracaqlarını vurğulayan Prezident bildirib ki, Azərbaycanın mövqeyi aydındır və biz buna hazırıq. Ağdama və digər şəhərlərə qayıdacaq keçmiş məcburi köçkünlər ermənilərin onların torpaqları ilə, sevdikləri insanların məzarları ilə, dini abidələri ilə nə etdiklərini gözləri ilə görəcəklər. Biz hər birimiz insanıq bizim hər birimizin hissləri var. Biz onları gizlədə, hisslərimizə nəzarət edə bilərik. Lakin bəzi zamanlarda bu çətindir. Mən azərbaycanlı məcburi köçkünlərin həmin ərazilərə gedərkən nə hisslər keçirəcəklərini deyə bilmərəm. Əgər Ermənistanın müsbət siqnalı olarsa, əlaqə qurmaq istəyərsə, biz də əlimizdən gələni etməyə hazırıq. Вернуться назад |