Главная > Siyasət > Siyasi partiya liderləri Ağdamda

Siyasi partiya liderləri Ağdamda


17-03-2021, 11:14. Разместил: admin
Siyasi partiya liderləri Ağdamda


Mətbuat və Qeyri-Hökumət təşkilatlaırnın rəhbərlərindən sonra Azərbaycanda fəaliyyət göstərən siyasi partiya liderləri işğaldan azad olan rayonlara səfərdədirlər.
 Bu barədə "Ölkə.Az"a açılamasında "Ana Vətən" Partiyasının sədri Fəzail Ağamalı məlumat verib. Onun sözlərinə görə, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin  rəhbərliyi altında 44 günlük  Vətən müharibəsi nəticəsində əldə edilən zəfər qələbəsindən sonra ölkədə fəaliyyət göstərən siyasi partiya rəhbərləri işğaldan azad olunan rayonlara səfər etməkdədir. "İlk səfər Ağdamadır.

Səfərdə Milli Məclisdə fəaliyyət göstərən siyasi partiyalarla yanaşı,  parlamentdənkənar siyasi partiya liderləri  də var.  Siyasi partiya liderləri konkret hansı rayonlarda olacaq o hələlik bəlli deyil"- F. Ağamalı bildirib.


Вернуться назад