Главная > Siyasət / Gündəm > “Sinhua” agentliyinin İspaniya bölməsi Prezidentin mətbuat konfransı ilə bağlı məqalə dərc edib - FOTO

“Sinhua” agentliyinin İspaniya bölməsi Prezidentin mətbuat konfransı ilə bağlı məqalə dərc edib - FOTO


1-03-2021, 10:53. Разместил: admin
“Sinhua” agentliyinin İspaniya bölməsi Prezidentin mətbuat konfransı ilə bağlı məqalə dərc edib - FOTO


“Sinhua” agentliyinin İspaniya bölməsi Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 26-da yerli və xarici KİV nümayəndələri üçün mətbuat konfransı ilə əlaqədar məqalə dərc edib.

“Azərbaycan Prezidenti: “Çinli tərəfdaşlarımız öz öhdəliklərini yerinə yetirirlər” adlı məqalədə deyilir:

“Azərbaycan Prezidenti İlham Əliyev fevralın 26-da çinli tərəfdaşların COVID-19-a qarşı peyvənd tədarükü üzrə öhdəliklərini yerinə yetirdiklərinə görə təqdir edib, eyni zamanda vaksinlərin qlobal paylanmasında açıq-aşkar bərabərsizliklə bağlı narahatlığını bildirib.

 
“Həmrəylik barədə, bu bəlaya qarşı birgə mübarizə barədə bütün bəyanatlara baxmayaraq, praktikada tamamilə əks vəziyyət görürük. Məsələn, bəzi ölkələr onlara lazım olandan 3-4 dəfə çox vaksin alıblar... Belə çıxır ki, kiməsə çatmayacaq”, - deyə prezident onlayn formatda qatıldığı mətbuat konfransında bildirib.

İlham Əliyev vurğulayıb ki, Azərbaycan lap əvvəldən Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dəstəklənən beynəlxalq “COVAX” peyvənd mübadiləsi təşəbbüsünə qoşulub.

Çinli tərəfdaşların öz öhdəliklərinə sadiq qaldıqlarını qeyd edən prezident ölkəsinin alınmalı olan başqa peyvəndləri hələ də almadığını söylədi. O, Azərbaycanın “COVAX” təşəbbüsü üzrə “AstraZeneca” - “Oxford”, “Pfizer” - “BioNTech” və “Moderna” peyvəndlərini hələ almadığını vurğulayıb.

“Özü də bizə onları nə vaxt alacağımızı demirlər”, - deyə dövlət başçısı əlavə edib.

Azərbaycanda COVID-19-a qarşı kütləvi vaksinasiya Çinin əczaçılıq şirkəti “Sinovac” tərəfindən hazırlanmış “CoronaVac” preparatı istifadə olunmaqla yanvar ayından başlayıb.




Вернуться назад