Главная > Siyasət > Azərbaycan, Rusiya və Ermənistan arasında Qarabağ məsələsi növbəti dəfə müzakirə olundu

Azərbaycan, Rusiya və Ermənistan arasında Qarabağ məsələsi növbəti dəfə müzakirə olundu


10-02-2021, 10:10. Разместил: admin
Azərbaycan, Rusiya və Ermənistan arasında Qarabağ məsələsi növbəti dəfə müzakirə olundu


Dağlıq Qarabağa üzrə üçtərəfli alt qrupun dəmiryol, avtomobil və yük daşınması məsələləri üzrə iclası keçirilib.
Oxu.az xəbər verir ki, Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin məlumatına əsasən, Azərbaycan, Ermənistan və Rusiya nümayəndələrinin görüşü videokonfrans formatında baş tutub.

İştirakçılar dəmir yollarının vəziyyətini, həmçinin Dağlıq Qarabağ ətrafındakı ərazidə avtomobil yollarının çəkilməsini müzakirə ediblər.

Tərəflər qeyd olunan məsələlər barədə fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, Azərbaycan, Ermənistan və Rusiya baş nazirləri müavinlərinin başçılıq etdikləri üçtərəfli işçi qrupu çərçivəsində ekspertlərdən ibarət alt qrupu fəaliyyət göstərir.


Вернуться назад