Главная > Siyasət > Böyük Britaniyanın dövlət naziri Azərbaycanda səfərdədir

Böyük Britaniyanın dövlət naziri Azərbaycanda səfərdədir


8-02-2021, 10:07. Разместил: admin
Böyük Britaniyanın dövlət naziri Azərbaycanda səfərdədir


Böyük Britaniyanın Avropa qonşuluğu üzrə dövlət naziri Vendi Morton Azərbaycana ikigünlük səfərə gəlib.
Səfər iki ölkə arasında əməkdaşlığın “yaşıl energetika”nın inkişafı və iqlim dəyişikliyinə qarşı tədbirlər, habelə qadın hüquqlarının müdafiəsi və gender əsaslı zorakılığa qarşı mübarizə kimi sahələrinin gücləndirilməsinə istiqamətlənib.

Səfər çərçivəsində britaniyalı nazir bir sıra rəsmi görüşlər keçirəcək.

“Salam Bakı, Azərbaycan! Azərbaycana səfər edən Birləşmiş Krallığın Avropa Qonşuluğu üzrə dövlət naziri olaraq, qadınların hüquqlarını inkişaf etdirmək üçün onların biznes və siyasətdə daha çox imkanlara sahib olmasını və zorakılıqdan qorunmasını təmin etmək məqsədi ilə Azərbaycanın Xarici İşlər Nazirliyi ilə yaxından əməkdaşlıq edəcəyəm”, - Vendi Morton tvitter səhifəsində yazıb.


Вернуться назад