Главная > Siyasət / Gündəm > QARABAĞ BİZİMDİR BİZİMDƏ OLACAQ !

QARABAĞ BİZİMDİR BİZİMDƏ OLACAQ !


17-07-2020, 12:17. Разместил: admin

ŞƏHİD GENERAL POLAD HƏŞİMOV İSRAİL OĞLU, II FƏXRİ XUYABANDA TORPAĞA TAPŞIRILDI.
  DÖYÜŞ MEYDANINDA HƏZİ ASLANOVDAN SONRA, ŞƏHİD OLAN 2 - Cİ GENERALIMIZ POLAD HƏŞİMOV İSRAİL OĞLU.
   ƏBƏDİ OLARAQ, AZƏRBAYCAN XALQININ YADDAŞINA HƏKK OLUNAN 
FENOMEN -- GENERAL. SUMQAYIT ŞƏHƏRİN ƏN GÖZƏL GUŞƏSİNDƏ HEYKƏLİ UCALMALIDIR !!!


  Sumqayıt Şəhidini Qarşılayır !    
   2020 - ci il iyulun 13 - dən 14 - nə keçən kecə Azərbaycan - Ermənistan Dövlət sərhədlərini Tovuz İstiqamətindəki,  mövqeylərimizi ələ keçirmək məqsədilə artileriya atəşindən  istifadə edərək, hucuma keçməyə cəhd etmişlər. Şiddətli döyüşlər zamanı şəhid olan Azərbaycan Ordusunun General - Mayoru 1975 - ci il təvəllüdlü  POLAD HƏŞİMOV İSRAİL OĞLUNUN. nəşi 14.08. 2020 - ci ildə doğulduğu Qəbələ rayonun Vəndam kəndinə gətirilib. Şəhidin cənazəsi ata ocağında   alqışlarla qarşılanıb.
     Cənazə namazının qılınması mərasimində minlərlə insan toplanıb.
Mərasimdə, Müdafiə Nazirliyinin  nümayəndələri, Rayon İcra Hakimiyyətinin Rəhbərliyi, Hərbiçilər, Ehtiyatda olan Zabitlər və rayon ictimai 
iştirak edib. Xalq öz Şəhidini izdihamla qarşıladı. 

   Müdafiə Nazirliyinin Mətbuat Xidməti Rəhbəri Polkovnik Vaqif Dərgahlı Şəhidin Hərbiçi yoldaşları çıxış edərək, onun 1992 - ci ildən bu günə qədər keçdiyi şərəfli döyüş yollarından qəhrəmanlığından danışıblar.  
   Polad Həşimov İsrail oğlunun keçdiyi döyüş yolu gənclərə bir nümunə olduğunun göstəricisi vurğulanaraq, Vətən uğrunda şəhid olanlar, heç zaman unudulmaz, bir xatirə tək ürəklərdə yaşayacaqdır.
    General - mayor Polad Həşimov İsrail oğlunun Qardaşı İlham Həşimov və oğlu Davud ailə üzviləri adından Şəhidlə bağlı xatirələrini bölüşdülər.

 --  " Bu gün, mənim qardaşım şəhid olub. Tək mənim qardaşım deyildi. Şəhid hamımızın qardaşıdır. Mən bütün şəhidlərin qardaşıyam. Onun üçün, Azərbaycanın o, başı bu başı fərqi yox idi. Bölücü insan deyildi. Mərd insan idi.  Allahtala, mərd insanları sevir. Bu dünyada da o, dünyada da haqq dünyasına qovuşub. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Amin. Mənim qardaşım sizində qardaşınızdır, çox adam tanıyır Poladı."

    Sonra, şəhid General - Mayor Polad Həşimov İsrafil oğlunun cənazəsi Azərbaycan bayragı altında, böyük insan izdihamında " Şəhidlər ölməz, Vətən bölünməz " şüarı altında Qəbələdən Sumqayıta yola salınıb.  
    Sumqayıt şəhidini qarşılayır. Bütün Sumqayıt, 13 - cü mikrorayona - şəhid General Polad Həşimov İsrail oğlu ilə vidalaşmağa gəlmişdi. Sumqayıt şəhəri şəhid olan General - Mayor Polad Həşimov İsrail oğlunu yaşadığı 43 - cü evin qarşısında beş minlərlə insan gözləyirdi. Vətənini sevən, Xalqını sevən Poladlar gözləyirdi. Polad kimi oğullar gözləyirdi Sumqayıtın Poladını. Sumqayıt öz igidini, qəhrəmanını gecə saatlarında ayaq üstə gözləyirdi.

    General - Mayor Polad Həşimovun bacısı Arzu xanım xalqın, millətin axınını görərək müraciət etdi;
    " Çox xahiş edirəm, siyasi qüvvələrdən uzaq. Sadəcə, şəhidimizi yola salırıq. Şəhidin torpağıdır, kasıbın torpağıdır. Kimin siyasi marağı varsa, getsin meydanda eləsin. Bizim şəhidimiz var. İcazə verin, Anası şəhid balası ilə görüşsün. Hamımızın şəhididir, kasıbın şəhididir, dövlətlinin şəhidi olmur. Yadınızda saxlayın. Şəhidimizi şərəflə yola salmalıyıq. Əgər, damarınızdan erməni qanı axmırsa, Poladın məclisini adına görə yola salaq.
   Burda, mənim şagirdlərim var. 26 - ildir  mənim səsimi eşitmisiniz.
 " Azərbaycan Vətəndir. "  Mən sizin ürəyinizdə Azərbaycan - Vətən demişəm. Sumqayıt uşaqlarıda həmişə seçilir demişəm.  Sumqayıtımız adına laiq, şərəfimiz adına laiq şəhidimizi yola salmağı xahiş edirəm. İcazə verin, anası balasının tabutuyla görüşsün. 
    Mən Sizdən Poladımın şərəfini istəyirəm. Poladımın adını istəyirəm. Poladımın zirvəsinə hörməti istəyirəm. Bir dənə onu tələb eləyirəm. Vətənimiz sağ olsun. Başımız sağ olsun. Hamımızın Poladıdır.
    Qəbələdə ailəsiylə görüşə aparılıb və Sumqayıta ata evinə gələcək. Bu tək bizim şəhid deyil. Azərbaycanımızın, Sumqayıtımızın şəhididir. "

    AZƏRBAYCANIMIN mərd qızı, Arzu Xanım sizinlə qürur duyuruq. Polad Həşimovun bacısını elə belədə bilirdik. Qardaşı kimi, xalqını sevən, millətini sevən, hər birimizin baş ucalığıdır. Dilindən süzülən o, kəlmələr bir bacının qardaşına sevgisi, Vətəninə sevgisi, millətinə olan sevgisi, şəhidinə olan  hörmətini, dəyərini ürək yanğısıyla izdiham yaradan xalqına belə bəyan etdi.
   
     Şəhid General - Mayor Polad Həşimov İsrail oğluna vida mərasimi keçirilən zaman, “axırıncı dəfə balamla ayın 10 - u danışmışam. 5 aydı görmədiyim balamı indi, şəhid kimi qarşılayacam.” Anası Səmayə Həşimova göz yaşları içində deyib;
   Başını uca tut Ana !
Sənin qarşında diz çökürəm, baş əyirəm.
   General - Mayor Polad Həşimovun nəşi doğulduğu evə gətirildi.
  " Şəhidlər ölməz, Vətən bölünməz." şüarları altında, alqışlarla qarşılandı Poladımız, igidimiz, qəhrəmanımız.
   Hər bir Azərbaycanlının, hər bir Sumqayıtlının qürurudur Şəhid General - Mayor Polad Həşimov İsrail oğlu. İki oğul bir qız atası idi. Elinə, yurduna layiqli bir övlad olaraq, öz bacarığı ilə, biliyi ilə gəlib çatmışdı, tək başına bu zirvəyə. 
   Poladın Atası isə bir neçə il bundan öncə dünyasını dəyişmişdi. Nur içində yat, Əsgər atası. Oglun Şəhidlik zirvəsinə ucaldı.

   2016 - cı il də " Aprel döyüşləri "ndə göstərdiyi xüsusi şücaətə görə ordenlə təltif edilmiş və ona dövlət tərəfindən ev verilmişdi. 
Polad Həşimov həmin evi ehtiyacı olan bir şəhid ailəsinə bağışlamışdı. 
Rüşvət almadan, kirayədə qala-qala döyüşlərdə iştirak edən, öz şəxsi hesabından cəbhədə postlar tikən, sağ ikən adına post olan Generalımız Polad Həşimov.
     Hətta, bir əsgər ata olmuşdu. Bu hadisə Polad Həşimova tabor komandir tərəfindən məruzə edilmişdi. Qüsursuz xidmətə görə növbədən kənar 10 günlük məzuniyyət verir.
   Əsgəri, taxsi ilə yola salır. Taxsi düz evinə aparır. Sürücü əsgərə konvert verir :
  Komandir tapşırdı ki, ancaq evdə açsın.
Evdə zərf açılır, kağızda yazılıb:
Təbrik edirəm. Əsgər, ata olmusan.
 Konvertin içində 170  manat vardı.
 Generalımızla fəxarət hissi duyuruq.

     Şəhid GENERAL - MAYOR POLAD HƏŞİMOV İSRAİL OĞLUNUN nəşi 2020 - il. iyulun 15 - də ll  Fəxri Xiyabanda torpağa tapşırıldı. Allah rəhmət eləsin. Amin.
  " QARABAĞ BİZİMDİR, BİZİMDƏ OLACAQ. "

    Tovuz istiqamətində döyüşlərdə daha bir neçə hərbiçimiz şəhid olub.
1. General - Mayor Polad Həşimov
     İsrafil oğlu;
2. Polkovnik İlqar Mirzəyev;
3. Mayor Əhmədov Namiq Hajan oğlu;
4. Mayor Novruzov Anar Gülverdi oğlu;
5. Gizir Zeynallı İlqar Ayaz oğlu;
6. Gizir Yaşar Babayev.
7. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Mustafazadə Elçin Arif oğlu.
   Cəmi Şəhidlərimizə Allah Rəhmət eləsin. Amin.

  Generalımız, Polad Həşimovla ata ocağımda qonşu olmuşuq. Sumqayıt şəhəri 13 mk. ev 43 də, uşaqlığı ilə nizam intizamı yaradan, böyüklə - böyük, kiçiklə - kiçik kimi davranışıyla hamını heyran qoyan, çox təəssüflər olsun ki, Poladımızı qoruyub saxlaya bilmədik. Bu xalqa gərəkli, lazımlı Şəxsiyyət idi. ÖZÜ BİR TARİX İDİ.
   Tarixlərə həkk olundu, ürəklərə həkk olundu. Bizim Poladımız.
 ANASI - Səmayə Xanıma; QARDAŞI - İlhama;  BACILARI - Arzu xanıma, Kəmalə xanıma;
 Öz ailəmiz adından, Xalqımın adından baş saglıgı verirəm. 
    Başın sag olsun. Vətən !
     
  Şəhidlər canımız - qanımız.
  Üç rəngli - Bayragımız !
                       Fəridə Səxavətli.


Вернуться назад