Главная > Siyasət / Gündəm > Azərbaycan Prezidenti indoneziyalı həmkarına başsağlığı verib

Azərbaycan Prezidenti indoneziyalı həmkarına başsağlığı verib


19-01-2021, 12:02. Разместил: admin
Azərbaycan Prezidenti indoneziyalı həmkarına başsağlığı verib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İndoneziya Respublikasının Prezidenti Zati-aliləri Coko Vidodoya başsağlığı məktubu göndərib.

Başsağlığında deyilir:

"Hörmətli cənab Prezident,

Sulavesi adasında baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni son dərəcə sarsıtdı.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost İndoneziya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!".


Вернуться назад