Главная > Siyasət > Putin: “Ermənistan elə həddə çatıb ki…” - Moskva görüşünün KULUAR DETALLARI
Putin: “Ermənistan elə həddə çatıb ki…” - Moskva görüşünün KULUAR DETALLARI18-01-2021, 14:56. Разместил: admin |
Anlaşmanın mətni əvvəlcədən hazırlanmamışdı. Bütün qərarlar bilavasitə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşündə qəbul olunurdu. Milli.az xəbər verir ki, Rusiya Federasiyasının prezidenti Vladimir Putin "Rossiya 1" telekanalındakı "Moskva. Kreml. Putin" proqramının aparıcısı Pavel Zarubinin suallarını cavablayarkən belə deyib. V.Putinin sözlərinə görə, İkinci Qarabağ savaşının sonuna yaxın vəziyyət Ermənistan üçün kritik olub: "Sadəcə, hərbi əməliyyatlar zonasında elə bir situasiya yarandı ki, açığını desəm, Ermənistan elə bir həddə çatdı ki, qərar qəbul edilməliydi. Amma etiraf etməliyəm ki, belə şəraitdə hər iki tərəf hər ifadə, hər bənd, hətta az qala hər vergül uğrunda mübarizə aparırdılar". Rusiya prezidenti daha sonra bildirib ki, noyabrın 9-dan 10-a keçən gecə imzalanmış üçtərəfli bəyanatın mətninin hazırlanması çox mürəkkəb, ifrat enerji tələb edən proses olub və tərəflərin hamısı gərgin işləyiblər. "Üçtərəfli məsləhətləşmələr və müzakirələr aparıldı. İlham Əliyev və Nikol Paşinyanla ayrı-ayrılıqda danışanda, onların təkliflərini və tələblərini dinlyəndə mahiyyət etibarilə vasitəçilik etməli oldum. Bəyanatın mətninə iradlar vardı, müəyyən dəyişikliklər edildi. Bərabərhüquqlu, eyni dəyərli, üçtərəfli iş idi", - V.Putin söyləyib. Rusiya prezidentinin açıqlamaları yetərincə maraqlıdır. Belə ki, V.Putin bu dəfə aşkar şəkildə bəyan edib ki, əgər noyabrın 9-da danışıqlar və müzakirələr başlanmasaydı, Azərbaycanın Silahlı Qüvvələri Qarabağı bütünlüklə azad etməklə yanaşı, Ermənistan ordusunu darmadağın edəcəkdi. Bu isə yaxın perspektivdə Ermənistanın belə, məhvi ilə sonuclana bilərdi. Ermənilər sosial şəbəkələrdə üçtərəfli bəyanatı şərh edərkən tez-tez "Putin bizi məhvdən xilas etdi" yazırlar və əslində, səhv də etmirlər. "Azərbaycanın dövlət başçısının təyyarəsi Moskvaya, "Vnukovo" hava limanına ilk endi. Paşinyanın olduğu təyyarə isə Tula üzərində dövrə vurduğuna görə gecikdi və bir neçə dəqiqə sonra hava limanına endi", - "Moskva. Kreml. Putin" proqramında deyilir. Bu olay simvolik sayıla bilər: onillərdən bəri siyasi, hərbi, iqtisadi, maliyyə və s. sahələrində Azərbaycandan geridə qalan Ermənistan indi regionun ən zəif, yarıtmaz ölkəsinə çevrilib. Revanş çağırışlarının səsləndiyi, xüsusilə sosial şəbəkələrdəki paylaşımlarda və müxalifət partiyaların rəhbərləri ilə funksionerlərinin bəyanatlarında aqressiyanın artdığı Ermənistanda adi vətəndaşlar ifrat millətçilik, mağara şovinizmi və faşizm ideyalarının təbliğatından usanıblar. Ermənistan vətəndaşları indi normal həyat sürmək, efemer və idiotik ideyalar uğrunda həlak olmaq istəmirlər. "Vnukovo"dakı mənzərə məhz bu baxımdan təsadüf deyildi... Вернуться назад |