Главная > Siyasət / Gündəm / Video > Prezident: “Xocavənd rayonuna gedirik” - VİDEO
Prezident: “Xocavənd rayonuna gedirik” - VİDEO15-01-2021, 14:19. Разместил: admin |
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Şuşaya səfər ediblər. Mehriban Əliyeva “Instagram” hesabında bununla bağlı növbəti videonu paylaşıb. Videoda dövlət başçısı Füzuli rayonunun Şəkərcik kəndinin azad olunması uğrunda şiddətli döyüşlər getdiyini deyib: “İndi isə Füzulidən Xocavənd rayonuna gedirik. Ondan sonra Şuşa şəhərinə gedəcəyik. Qarşımızda gözəl mənzərə açılır. Gözəl vüqarlı dağlar, dağların başında qar, gözəl Azərbaycan diyarımızdayıq. Bu isə Şəkərcik kəndidir. Şəkərcik kəndi Füzuli şəhərinə bitişik olan kənddir. Füzuli şəhəri azad olunanda Şəkərcik uğrunda da şiddətli döyüşlər gedib. Baxın, düşmən işğal dövründə bütün bu əraziləri yerlə-yeksan edib. Füzuli şəhərində biz artıq olmuşuq. O dəhşətli mənzərəni Azərbaycan xalqı görübdür, bütün dünya görübdür və görməlidir. Ona görə göstəriş verildi ki, xarici qonaqları Azərbaycana dəvət edib, bu bölgələrə gətirib, onlara erməni vəhşiliyini, əməllərini göstərək. Artıq bütün dünya görür ki, hansı vəhşi düşmənlə biz müharibə aparmışıq və hansı vəhşi düşməni məhv etmişik. Bu dağlar bizimdir”. Вернуться назад |