Главная > Siyasət / Gündəm > Vilayət Eyvazov şəxsi heyəti təbrik etdi
Vilayət Eyvazov şəxsi heyəti təbrik etdi30-12-2020, 14:17. Разместил: admin |
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyətinə təbrik edib. Təbrikdə deyilir: "Hörmətli həmkarlar! Yola saldığımız 2020-ci ildə ölkəmizdə ictimai-siyasi sabitlik daha da möhkəmlənmiş, digər hüquq mühafizə orqanları ilə sıx qarşılıqlı əlaqədə cinayətkarlığa qarşı böyük əzm və qətiyyətlə mübarizə aparılmış, asayişin və daxili təhlükəsizliyin qorunması funksiyaları layiqincə həyata keçirilmişdir. Möhkəm nizam-intizama, yüksək peşəkarlığa, müasir maddi-texniki imkanlara malik olan daxili işlər orqanları və Daxili Qoşunlar respublikada karantin rejiminin təmin edilməsi sahəsində də üzərinə düşən vəzifələrin öhdəsindən bacarıqla gəlmiş, qarşıya qoyulmuş tapşırıqların icrasında vətənpərvərliyi və anda sadiqliyi ilə fərqlənmişlər. Eyni zamanda, Daxili Qoşunların hərbi qulluqçuları Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində şanlı tarix yazan rəşadətli Ordumuzla birgə ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə mərdlik, igidlik və cəsurluq nümunələri göstərmiş, orden və medallara layiq görülmüşlər. Bütün bu möhtəşəm uğurlar xalqımızın ümummilli lideri Heydər Əliyevin böyük uzaqgörənliklə müəyyənləşdirdiyi daxili və xarici siyasət kursunun Dövlət Başçısı tərəfindən müvəffəqiyyətlə davam etdirilməsinin, dinamik iqtisadi inkişafın, məqsədyönlü ordu quruculuğunun, ölkə həyatının bütün sahələrini əhatə edən köklü islahatların məntiqi nəticəsidir. Əminəm ki, bundan sonra da vətəndaşlarımızın qanuni mənafelərinin, insan hüquq və azadlıqlarının müdafiəsi kimi məsul vəzifələri əzmlə yerinə yetirəcək, möhtərəm Prezidentin, Ali Baş Komandanın yüksək etimadını doğruldacaqsınız. Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bütün şəxsi heyəti və hörmətli veteranlarımızı səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, xidmətdə və şəxsi həyatda yeni-yeni nailiyyətlər arzulayıram. Bayramınız mübarək!" Вернуться назад |