Главная > Siyasət / Gündəm > Nazir: “Qarabağda quruculuq işləri ilə bağlı beynəlxalq maliyyə institutları ilə də məsləhətləşmələr aparılır”

Nazir: “Qarabağda quruculuq işləri ilə bağlı beynəlxalq maliyyə institutları ilə də məsləhətləşmələr aparılır”


29-12-2020, 11:55. Разместил: admin
Nazir: “Qarabağda quruculuq işləri ilə bağlı beynəlxalq maliyyə institutları ilə də məsləhətləşmələr aparılır”


“Hamımızın böyük şərəflə yaşadığı tarixi zəfərdən sonra Milli Məclisə təqdim edilmiş dövlət büdcəsi parlamentin bütün komitələrində və plenar iclaslarda müzakirə edilib”.

“Ölkə.Az” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı Maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, vaxtın az olmasına baxmayaraq, MM-də aparılan müzakirələr bütün reallıqları özündə ehtiva edib: “Bəzi cari məsələlərlə bağlı səslənən təkliflər istisna olmaqla millət vəkilləri tərəfindən səsləndirilən təkliflər aşağıdakılardır: İşğaldan azad edilmiş ərazilərdə bərpa işlərinin aparılması ilə əlaqədar infrastrukturun qurulması, məşğulluğun təmin olunması istiqamətində bu istiqamətə ayrılan vəsaitin artırılması, bu sahəyə yerli sahibkarların və xaricdə yaşayan azərbaycanlıların da cəlb edilməsi, vahid mərkəzdə birləşdirilməsi.

Digər istiqamət müdafiə gücünün artırılması istiqamətində xərclərin, üçüncü istiqamət isə sosialyönümlü xərclərin artırılmasıdır.

Prezident İlham Əliyevin tapşırığı ilə hazırda işğaldan azad olunmuş ərazilərdəki infrastrukturlara və orada yaşayan əhaliyə dəymiş ziyanın hesablanması və digər mühüm məqamların aydınlaşdırılması üçün beynəlxalq ekspertlərin də cəlb edilməsi ilə xüsusi proqram layihəsinin başa çatması üzərində işlər aparılır.

Bütün bunlar başa çatdıqdan sonra maliyyə mənbələri və kənardan resurs cəlb edilməsi halları müəyyən ediləcək. Prezidentin tapşırığı ilə artıq bir sıra beynəlxalq maliyyə institutları ilə də məsləhətləşmələr aparılır”.


Вернуться назад