Главная > Siyasət > Vətən Müharibəsindəki qələbəmiz əfqanıstanlı rəsmilərlə müzakirə edildi
Vətən Müharibəsindəki qələbəmiz əfqanıstanlı rəsmilərlə müzakirə edildi22-12-2020, 11:34. Разместил: admin |
Azərbaycan Respublikası Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev ölkəmizdə səfərdə olan Əfqanıstan İslam Respublikasının milli təhlükəsizlik müşaviri Hamdullah Mohibin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bununla bağlı Müdafiə Nazliyi məlumat yayıb. Görüş zamanı hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən, hər iki dövlətin silahlı qüvvələri arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi məsələləri müzakirə edilib. General-leytenant K.Vəliyev Əfqanıstan nümayəndə heyətinə regiondakı təhlükəsizlik vəziyyəti, eyni zamanda, Azərbaycanın ordusunun Vətən Müharibəsində əldə etdiyi qələbə və həyata keçirdiyi əks-hücum əməliyyatı barədə ətraflı məlumat verib. Вернуться назад |