Главная > Siyasət > ”Əsas odur ki, toplar susub...” – Kreml sözçüsünün eyhamlı Qarabağ açıqlaması nəyə hesablanıb?
”Əsas odur ki, toplar susub...” – Kreml sözçüsünün eyhamlı Qarabağ açıqlaması nəyə hesablanıb?18-12-2020, 15:06. Разместил: admin |
"Rusiya ümumiyyətlə, Qarabağ probleminin tam həllində maraqlı deyil”. Bu sözləri Sfera.az-a açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun "Qarabağ münaqişəsi həll oluna bilərmi?” sualına konkret cavab vermək əvəzinə, eyhamla "əsas odur ki, toplar susub” sözlərinə münasibət bildirərkən politoloq Nəsimi Məmmədli deyib: "Şimal qonşumuz ümumiyyətlə, problemin davam etməsində maraqlıdır. Bu öncədən də bəlli idi. Lakin bu hal Azərbaycan tərəfinin qarşısında hər hansı həlli çətin problem yaratmır”. Həmsöhbətimizin fikrincə, Rusiya faktiki olaraq bölgədə destruktiv fəaliyyətini açıq şəkildə davam etdirəcəksə, bu Azərbaycana imkan verəcək ki, regiona Moskvanın arzulamadığı əlavə oyunçuları dəvət etsin: "Məsələn, ABŞ-ı, NATO-nun digər ölkələrini bölgəyə dəvət edə bilərik. Moskva da anlayır ki, bu ərazilər Azərbaycan ərazisidir. Sadəcə olaraq, Rusiya daha çox çalışır ki, Ermənistan keçmiş qondarma rejimin müstəqilliyini tanısın. Putin çıxışlarında bir neçə dəfə bu məqamı gündəmə gətirib. İrəvanın bu addımı atacağı təqdirdə, faktiki olaraq Ermənistanla Azərbaycan arasında yeni münaqişə yaranacaq. Münaqişə olacağı təqdirdə isə, Rusiya çalışacaq ki, bölgədə daha uzun müddətə və daha böyük qüvvə ilə qalsın”. Вернуться назад |