Главная > Siyasət > ATƏT sədri Azərbaycan və Ermənistanı atəşi dayandırmağa çağırdı
ATƏT sədri Azərbaycan və Ermənistanı atəşi dayandırmağa çağırdı15-07-2020, 10:19. Разместил: admin |
"Mən Ermənistan və Azərbaycan arasında sərhəddə müşahidə etdiyimiz zorakılıqların artmasından çox narahatam və insanların məhv olmasını görməzdən əvvəl dərhal atəşin dayandırılmasına qayıtmağa çağırıram". Report xəbər verir ki, bu sözləri ATƏT-in hazırkı sədri, Albaniyanın baş naziri, Avropa və Xarici İşlər naziri Edi Rama deyib. O, qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik vəziyyəti sabitliyə qaytarmağa çalışaraq tərəflərlə sıx əlaqələri dəstəkləyirlər. Azərbaycan və Ermənistan liderləri arasında birbaşa əlaqə 2019-cu ilin martında Minsk qrupunun həmsədrləri vasitəçiliyi ilə Vyanada görüş zamanı qurulub. Edi Rama belə mexanizmlərin vəziyyətin deeskalasiyası üçün istifadə edilə biləcəyinə ümidini ifadə edib. Вернуться назад |