Главная > Siyasət > DTX rəisi Qarabağdakı Rusiya sülhməramlılarının rəhbəri ilə görüşdü - FOTO
DTX rəisi Qarabağdakı Rusiya sülhməramlılarının rəhbəri ilə görüşdü - FOTO9-12-2020, 13:44. Разместил: admin |
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev işğaldan azad olunmuş Kəlbəcər və Laçın rayonlarında xidməti ezamiyyətdə olub. General-polkovnik Əli Nağıyev Azərbaycan əsgərləri ilə söhbət edərək, onların problemləri ilə maraqlanıb. Eyni zamanda, DTX-nin yaxın zamanlarda fəaliyyətə başlayacaq yerli şöbələrinin məsələlərini müzakirə edib və Rusiya sülhməramlılarına rəhbərlik edən general-leytenant Rüstəm Muradovla görüşüb. Вернуться назад |