Главная > Siyasət > Ceyhun Bayramovun Tehran səfəri ilə bağlı AÇIQLAMA
Ceyhun Bayramovun Tehran səfəri ilə bağlı AÇIQLAMA8-12-2020, 12:39. Разместил: admin |
Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov dekabrın 9-da İran İslam Respublikasına səfər edəcək. Bu barədə İranın Azərbaycandakı səfirliyinin rəsmi “Twitter” hesabında məlumat paylaşılıb. “Ceyhun Bayramov dekabrın 9-da İranın paytaxtı Tehrana səfər edəcək. Ceyhun Bayramov səfər çərçivəsində İran prezidenti Həsən Ruhani, parlamentin sədri Məhəmməd Baqir Qalibaf və Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani ilə görüşəcək”, - deyə qeyd edilib. Вернуться назад |