Главная > Siyasət / Gündəm > Sabah şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək
Sabah şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək3-12-2020, 15:55. Разместил: admin |
Prezident İlham Əliyev Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında sərəncam imzalayıb. Sərəncam canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini yad etmək məqsədi daşıyır. Sərəncamla Azərbaycan Respublikasında Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək məqsədilə 2020-ci il dekabrın 4-də saat 12:00-da bir dəqiqəlik sükut elan edilib. Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. Вернуться назад |