Главная > Siyasət / Gündəm > HUMANİST QADIN

HUMANİST QADIN


23-11-2020, 11:21. Разместил: admin


"AQSİA" AZƏRBAYCAN QADIN Sahibkarlıgının İnkişafı Assosiasiyasının İdarə Heyəti" AQSİA" - nın Sədri, "Bakı Tekstil Fabriki" MMC - nin rəhbəri Səkinə Xanım Babayeva:

   Səkinə Babayeva Rəşid qızı. Ali Təhsillidir. 1982 - 1987- ildə D. Bunyadzadə. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir. 
    Səkinə Xanım Babayeva Rəşid qızı 1982 - ci ildə 26 Bakı Komissarı rayon Komsomol Gənclər Təşkilatının üzvü seçilmişdir. Dunya şöhrətli siyasətçi, əvəzedilməz şəxsiyyət müstəqil Azərbaycan Respublikasının qurucu ulu öndərimiz Heydər Əliyevin siyasi kursunun layiqli keçirdiyi üçün 2010 - 2015 - ci ildə " Fəxri Diplomla" təltif edilmişdir. 
    İş birliyi qurduğu müəssədə seçki məntəqələrinin təşkili, məntəqədə iştirakçıların təlimi ilə müzakirələri keçirilmişdir.
   O zaman,  1991 - ci ildə Binəqədi rayonu 202 saylı məntəqənin sədri, 1995 - ci ildə N. Nərimanov rayonunun 19 saylı dairənin 9 saylı 
məntəqəsinə sədr seçilmişdir. 
     1996 - cı ildə Yeni Azərbaycan Partiyasının üzvü, YAP - nın təşəkkül tapmasında,  Vətənin müdafiəsində Ölkədə demokratik,  hüquq İslahatlarının həyata keçirilməsində əvəzsiz xidmətlərinə görə "Xalq və Azərbaycan Naminə" Fəxri Diplomla təltif edilmişdir. 
    2006 - cı ildə gənclərin Heydər Əliyev İdeyaları ruhunda tərbiyə olunmasında  və əhaliyə göstərdiyi yüksək xidmətlərinə görə "Sədaqətli Əliyev" Fəxri Diplomla təltif edilmişdir. 
     1997 - ci ildə N.Nərimanov rayonu YAP qadınlar Şurasının Sədr müavini vəzifəsində çalışdığı müddət ərzində Komitədə təşkil edilmiş xeyriyyə işlərində çalışaraq ehtiyacı olanlara yardım etmiş,  qocalar  evində ziyarətçisi,  qaçqınlar və məcburi köçkünlər 
Komitəsi ilə iş prinsipləri quraraq, geyim malları ilə təmin etmişdir. 
      2010 - cu ildən YAP - nın 18 saylı Nərimanov və Nizami Seçki dairələrindən Milli Məclis üzvlərinə namizədliyini irəli sürmüşdür. 
     14.05.2014 - cü il tarixdən Bineqedi rayonu YAP- nın Qadınlar Şurasının Sədr müavini. 
     2010 - cu ildə Şuranın təşkil etdiyi xeyriyyəçilik tədbirlərində göstərdiyi dəstəyə və fəal iştirakına görə Cəmiyyətin sədri tərəfindən Fexri Diplomla təltif edilmişdir. 
    İlin xeyriyyəçisi kimi Binəqədi Rayon İcra Hakimiyyətinin tədbirlərində yaxından iştirak edərək,  müəssənin gələcək işlərinin həlli üçün dəstəkləmişdir. 
      2014 - cü ildən İqtisadiyyat Nazirliyində İqtisadi Şuranın üzvü, İqtisadi Elmlər Namizədi Türkdilli Xalqların Sahibkar Qadınlar Şurasının üzvü Rayon İctimai heyətində fəal iştirakına görə Binəqədi rayon İcra hakimiyyəti tərəfindən Namizədi. Türkdilli xalqların Sahibkar Qadınlar Şurasının üzvü. 
     Rayon ictimai heyətində fəal iştirakına görə Binəqədi Rayon İcra hakimiyyətinin 2016 - cı ildə Fəxri Diplomla təltif edilmişdir. 
     Azərbaycan Respublikasının İctimai həyatında səmərəli fəaliyyətlərinə görə 08.03.2017 - ci ildə 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə "Tərəqqi" medalı ilə təltif edilmişdir. 
    2018 - 2019 - cu illər ərzində Azərbaycan Respublikası Sahibkarlar Təşkilatı Milli Konfederasiyasının idarə heyətinin üzvü. 
    Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA)İctimai Şuranın üzvü eyni zamanda idarə heyəti Sədrinin müavini. 05.02. 2020 - ci ildə Azərbaycan Milli Sahibkarlar Konfederasiyası tərəfindən Ticarət Palatasına İdarə heyətinə üzvlüyünə 10.03.2020 - ci ildə Azərbaycan Sahibkarlar Konfederasiyasının tərəfindən Azərbaycan Respublikasında Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın üzvlüyünə seçilmişdir. Siyası Elmlər üzrə fəlsəfə doktoru - İlham Əliyev Strategiyasında Sahibkarlıq Siyasəti reallıq və Sosioİqtisadi İnkişafı. 
    Hal-hazırda fəaliyyətini daha da artırmaq, qarşında bir çox məsələləri həll etmək niyyətindədir. Müəssənin 80%- ni qadınlar təşkil etdiyi üçün məqsədi onlara müəssisədə daha yaxşı şərait yaratmaq isə cəlb etmək,  dərzlik sənətini təmənnasız öyrətmək və işlə təmin etmeyimdir. Müəssənin İqtisadi cehetden inkişafına xüsusi fikir verir. İldən - ilə əmək haqqının və iş yerlərinin artırılması məsələləri öhdəsindədir. 
     Səkinə Xanım Babayevanın iş prinsipləri əsasında yaratdığı quruculuğunu möhkəmlənməsi nəticəsində müdafiyə etməsi, hər bir Azərbaycanlının, tutduğu vəzifənin öhdəsindən layiqincə gəlməsi deməkdir. Səkinə Xanım Babayevanın humanistliyi ondadır ki, ətrafındakı qadınlarımızın 80 % - ni bu addımlarının sayəsində riyakarlığı ilə, bütün qadınları tərənnüm etmişdir. Mübarizənin böyüklüyü ondadır ki, haqq yolunda ədalətin müdafiəsinə gedən yolun astanasındayıq. Biz Mübarizlərik ! 

Вернуться назад