Главная > Siyasət / Gündəm > “Vətəndaşların Ağdama qayıtmağına köməklik göstəriləcək”
“Vətəndaşların Ağdama qayıtmağına köməklik göstəriləcək”20-11-2020, 13:17. Разместил: admin |
“Ağdam şəhərini də biz bərpa edəcəyik”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində deyib. Dövlət başçısı bildirib ki, bununla bağlı baş plan hazırlanacaq: “Mütəxəssislər cəlb ediləcək, planlı şəkildə işlər görüləcək. Vətəndaşlara ora qayıtmaq üçün köməklik göstəriləcək”. Ali Baş Komandan artıq bərpa işlərinə başlanıldığını xatırladıb: "Füzulidən Şuşaya yol çəkilməsi üçün Prezidentin ehtiyat fondundan vəsait ayrılıb, gələn il əlavə vəsait ayrılacaq. Göstəriş vermişəm, bir neçə şirkət cəlb olunsun ki, vaxt itirmədən tez yolu çəkək". Вернуться назад |