Главная > Siyasət > “Azərbaycanın yanındayıq” - Türkiyə XİN

“Azərbaycanın yanındayıq” - Türkiyə XİN


13-07-2020, 09:29. Разместил: admin
“Azərbaycanın yanındayıq” - Türkiyə XİN


"Erməni silahlı qüvvələrinin Azərbaycanın Tovuz bölgəsində gerçəkləşdirdiyi hücumu şiddətlə qınayırıq. Həyatını itirən azərbaycanlı şəhidlər üçün dost və qardaş Azərbaycan xalqına və hökumətinə başsağlığı verir, yaralılara şəfa diləyirik".

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir.

Bəynatda bildirilib ki, Ermənistanın təcavüzkar milliyyətçilik anlayışının yeni təzahürü olan bu hərəkətinə Azərbaycan tərəfindən layiqli cavab verilməsi təcavüzün cavabsız qalmadığının  göstəricisidir:

“Ermənistanın beynəlxalq ictimaiyyətin diqqətini illərlə qanunsuz  işğal etdiyi Azərbaycan torpağı olan Dağlıq Qarabağ və ətraf ərazisindən başqa yerlərə çəkmək və bu münaqişənin siyasi dialoq yolu ilə həllinə mane olmaq cəhdlər nəticəsiz qalmaqdadır. Erməni tərəfi bu cür təhlükəli taktikalardan əl çəkməli, məntiq və hüquq yolunu seçməlidir.

Avantürizmi qəbul etməklə Ermənistan bir daha  zəifliyini ortaya qoyur və bölgəmizdə sülhə, sabitliyə ən böyük maneə yaradır. Ümid edirik ki, Ermənistanın daha bir təcavüzkar hərəkətini ört-basdır etmək cəhdləri  beynəlxalq ictimaiyyət tərəfindən heç bir şəkildə qəbul edilməyəcək. Türkiyə bütün imkanları ilə ərazi bütövlüyünü qorumaq mübarizəsində Azərbaycanın yanında dayanmaqda davam edəcək".


Вернуться назад