Главная > Siyasət > Prezidentin köməkçisindən İranın münaqişənin həllindəki rolu ilə bağlı AÇIQLAMA

Prezidentin köməkçisindən İranın münaqişənin həllindəki rolu ilə bağlı AÇIQLAMA


30-10-2020, 12:20. Разместил: admin
Prezidentin köməkçisindən İranın münaqişənin həllindəki rolu ilə bağlı AÇIQLAMA


“İran gələcəkdə Qarabağ münaqişəsinin həllinə öz töhfəsini verə bilər”.
Bunu Azərbaycan prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “RİA Novosti”yə verdiyi müsahibəsində deyib.

"Regional güc olmaqla yanaşı bölgə ölkəsi olan İran sülh və təhlükəsizliyin təmin olunmasında maraqlıdır. Bu səbəbdən İranın Cənubi Qafqaz bölgəsində sülh və təhlükəsizliyin təmin edilməsində iştirak etmək hüququ var. Gələcəkdə münaqişənin həlli üçün bəzi mexanizmlər və əlaqə qruplar yaradılarsa, bəlkə İran da öz töhfəsini verə bilər ",- deyə H.Hacıyev bildirib.

Prezidentin köməkçisi İran xarici işlər nazirinin müavini Abbas Arakçinin Bakı səfəri səmərəli olduğunu da vurğulayıb.

 "Biz ikitərəfli gündəliyin bütün məsələlərini, eyni zamanda (Qarabağ - red.) münaqişəsinin həllini müzakirə etdik. İran da sülh və təhlükəsizliyin təmin olunmasında maraqlıdır. İranın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü hər zaman dəstəklədiyini və dəstəkləyəcəyini yüksək qiymətləndiririk”,- deyə, o, bildirib.

Xatırladaq ki, noyabrın 29-da İran Xarici İşlər Nazirinin müavini, İran prezidentinin Qarabağ nizamlanması üzrə xüsusi elçisi Bakıda olub. Daha sonra o, Moskvaya, İrəvana və Ankaraya səfər etməyi planlaşdırır.


Вернуться назад