Главная > Siyasət > Hikmət Hacıyev: "Əgər kişidirlərsə, döyüş meydanında ortaya çıxsınlar"

Hikmət Hacıyev: "Əgər kişidirlərsə, döyüş meydanında ortaya çıxsınlar"


29-10-2020, 12:53. Разместил: admin
Hikmət Hacıyev: "Əgər kişidirlərsə, döyüş meydanında ortaya çıxsınlar"


“Ermənistan silahlı qüvvələrinin Bərdəni raket atəşinə tutması ilə bağlı Xarici İşlər naziri tərəfindən ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə və digər beynəlxalq təşkilatlara məlumat verilib”.
Report xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında hazırda Bərdə şəhərində olan Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, bu hadisə Vaşinqtonda keçirilmiş görüşdən sonraya təsadüf edir: “Qarşıdan Cenevrə görüşləri gəlir. Həmin görüşlərdən öncə Ermənistan tərəfindən növbəti dəfə xəyanətkar, alçaq və şərəfsiz hücum həyata keçirilib. Bərdə şəhərinin mərkəzində hər hansı bir hərbi məntəqə yoxdur. Onların ancaq gücü mülki insanlara çatır. Onların məqsədi mülki insanlar arasında qətlə səbəb olmaqdır. Ancaq bunlar Azərbaycan xalqını qorxutmur. Əgər onlar düşünürlər ki, bununla Azərbaycan xalqının əzmini sındıra bilərlər, yanılırlar. Əgər kişidirlərsə, döyüş meydanında ortaya çıxsınlar. Döyüş meydanından şərəfsizcəsinə qaçırlar. Gücləri ancaq raket atmaqla qadın və uşaqlara çatır. Biz onları iti qovan kimi qovuruq və bundan sonra da qovacağıq”.


Вернуться назад