Главная > Siyasət > Erməni deputat sülhün detallarını yaydı: Gizli məlumatlar... - "Müqavilədə sərhədlərin demarkasiyası haqqında..."

Erməni deputat sülhün detallarını yaydı: Gizli məlumatlar... - "Müqavilədə sərhədlərin demarkasiyası haqqında..."


11-09-2024, 15:30. Разместил: admin


Ermənistan parlamentində “Şərəfim var” fraksiyasının rəhbəri Hayk Mamicanyan “Gizli məlumatları ilk dəfə açıqlayıram” anonsu ilə Bakı-İrəvan sülh sazişi layihəsinə dair iddialar irəli sürüb.

Publika.az xəbər verir ki, Mamicanyan sülh müqaviləsi ilə bağlı məlumatlar əldə etdiyini deyib.

“Müqavilədə sərhədlərin demarkasiyası haqqında heç nə olmayacaq. Erməni məhbusların qaytarılması (separatçılar-red), o cümlədən, Azərbaycan qoşunlarının sərhəddən çıxarılmasına dair heç nə yoxdur. Nəqliyyat qovşaqları Azərbaycanın xeyrinə həll ediləcək. Bu, tamamilə Ermənistanın əleyhinə olan sənəddir”, - o iddia edib.


Вернуться назад