Главная > Siyasət > Putin bir aradan çıxsa yaxşıdır... - HƏQİQƏTƏN DƏ...
Putin bir aradan çıxsa yaxşıdır... - HƏQİQƏTƏN DƏ...6-09-2024, 15:30. Разместил: admin |
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Kremlin Ermənistanla Azərbaycan arasında danışıqlar prosesində “vicdanlı broker” rolundan heç vaxt imtina etmədiyini deyib. Bu həm İrəvana, həm də Bakıya mesajdır ki, “Rusiyanın iştirakı olmadan məsələləri həll etməyin”. Sergey Kopırkin “brokerlikdən” danışarkən 2020-ci ilin 10 noyabrında Rusiya prezidenti Vladimir Putinin iştirakıyla qəbul olunan üçtərəfli sazişi xatırladıb. Səfir İrəvana minnətlə demək istəyib ki, müharibəni dayandırmaq Putinin sayəsində baş tutub, əks halda Ermənistan daha ağır məğlubiyyətlə üzləşəcəkdi, onsuz da 3 il sonra Azərbaycan ərazi bütövlüyünü və Qarabağ üzərindəki suverenliyini bərpa edib. Azərbaycanın və Ermənistanın səfirin məntiqi ilə desək “brokerə” ehtiyacı yoxdur, Bakı və İrəvan birbaşa danışıqlara üstünlük verirlər. Tərəflər arasında yekun sülh sazişinin imzalanması üçün “brokerə” deyil münasib məkana ehtiyacları olacaq. Elxan Şahinoğlu Вернуться назад |