Главная > Siyasət > Deputatlar Fransanın ATƏT MQ həmsədrliyindən uzaqlaşdırılmasını tələb edir

Deputatlar Fransanın ATƏT MQ həmsədrliyindən uzaqlaşdırılmasını tələb edir


2-10-2020, 12:19. Разместил: admin
Deputatlar Fransanın ATƏT MQ həmsədrliyindən uzaqlaşdırılmasını tələb edir


“Ölkə.Az” xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında şıxış edən Fazil Mustafa  bildirib ki, Fransa son günlərdə sərgilədiyi münasibətə görə ATƏT MQ həmsədrliyindən uzaqlaşdırılmalıdır. “Azərbaycan hökuməti bu istiqamətdə addımlar atmalıdır. Fransa uzaqlaşdırılıb Türkiyənin ATƏT MQ həmsədrliyinə gətirilməsinə çalışılmalıdır”.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov da  Fransanın ATƏT MQ-dən uzaqlaşdırılmaısnı təklif edib: “Ümumiyyətlə ATƏT MQ məsələsinə yenidən baxılmalıdır. Ümumiyyətlə Azərbaycan-Fransa  münasibətlərinə yenidən baxılmalıdır”.  

Deputat Arzu Nağıyev də  Fransanın son hadisəlrə zamanı tutduğu mövqeyi ATƏT MQ həmsədri kimi obyüktivliyinə və bitərəfliyinə kölgə salır.

Deputat Elşən Musayev isə bildirib ki, Fransanın ölkəmizdəki səfiri XİN-ə  dəvət edib, ondan Parisin  sərgilidiyi mövqe ilə bağlı hesabat tələb edilməlidir.

Deputat Sevil Mikayılova da hesab edir ki, ATƏT MQ-nin həmsədr ölkəsi kimi Fransanın sərgilədiyi mövqeni qətiyyətlə pisləyərək, mandatına uyğun olmadığını qeyd edib: “Fransanın bu gün sərgilədiyi mövqe birmənalı şəkildə Ermənistanı dəstəkləməkdir. Ona görə də Azərbaycan hökuməti MQ həmsədrliyindən geri çağrılması məsələsini qaldırmalıdır”.

Deputat Kamal Kamal Cəfərov da  çıxışında Fransanın tutduğu mövqeninin həmsdər ölkə kimi obyektivliyinə birmənalı şəkildə kölgə salır.

Digər deputatlar da Fransanın  tutduğu möv      qeyi qətiyyətlə pisləyərək ATƏT MQ həmsədrliyindən uzaqlaşdırılmalıdır.


Вернуться назад