Главная > Siyasət > Türkiyəli deputat: Azərbaycanda yenilənən parlamentin ölkəyə xeyirli, uğurlu olmasını diləyirik

Türkiyəli deputat: Azərbaycanda yenilənən parlamentin ölkəyə xeyirli, uğurlu olmasını diləyirik


1-09-2024, 10:43. Разместил: admin
Türkiyəli deputat: Azərbaycanda yenilənən parlamentin ölkəyə xeyirli, uğurlu olmasını diləyirik


Müşahidəmizə əsasən, seçki prosesinin Azərbaycan qanunlarına uyğun həyata keçirildiyini deyə bilərəm.

“Report” xəbər verir ki, bunu 11 saylı seçki dairəsinə dəvət olunan TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının sədr müavin Ahmet Zenbilci seçki prosesi ilə bağlı danışarkən deyib.

Deputat prosesdəki müşahidələri ilə bağlı fikirlərini bildirib:

"Azərbaycanda yenilənən Milli Məclisin, parlamentin ölkəyə xeyirli, uğurlu olmasını diləyirik. Seçimin hər kəsə xeyirli olmasını diləyirəm. Müşahidəçi olaraq daha bir neçə bölgəyə gedəcəyik. Müşahidələrimizi aparacağıq və ertəsi gün rəsmi şəkildə təqdim edəcəyik. Atatürkü tarixi bir sözü var - Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir. Dost və qardaş ölkədə olmaqdan, Azərbaycan demokratiyasının dünyada sürətlə yüksəlməsindən dolayı son dərəcə xoşbəxtik və qürurluyuq. Dostluğumuz, qardaşlığımız daim olsun".


Вернуться назад