Главная > Siyasət > Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb


24-08-2024, 09:36. Разместил: admin
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına dövlət səfəri başa çatıb.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı İslam Kərimov adına Daşkənd Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər yola saldılar.

 


Вернуться назад