Главная > Siyasət > Azərbaycan-Rusiya iqtisadi münasibətlərinin inkişafında regionlararası forumlar mühüm yer tutur

Azərbaycan-Rusiya iqtisadi münasibətlərinin inkişafında regionlararası forumlar mühüm yer tutur


22-08-2024, 10:11. Разместил: admin



Azərbaycan bölgədə həm təhlükəsizlik, həm də idxal-ixrac əməliyyatları, iqtisadi əməkdaşlıq məsələlərinə daim önəm verir və Rusiya ilə son illərdə bütün sahələr üzrə sıx əməkdaşlıq mövcuddur. Bizim həm siyasi, hərbi, həm də humanitar sahədə əlaqələrimiz yüksək səviyyədədir. Azərbaycanın bölgə ölkələrinə neft-qaz layihələrində dəstək verməsi, nəqliyyat-kommunikasiya və enerji dəhlizlərinin keçdiyi ərazidə yerləşməsi bu əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etməsinə də müsbət təsir göstərir.
Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan həm Qərb, həm Avropa, həm də MDB üzvləri, o cümlədən Rusiya ilə sıx əlaqələri var. Azərbaycan Prezidenti İlham Əliyevin düşünülmüş xarici siyasəti, uzaqgörən diplomatik kursu da bundan ibarətdir ki, biz həm Avropa, həm də Rusiya ilə eyni formada əməkdaşlıq edirik. Ölkəmiz həm neft-qaz layihələrinə, həm də iqtisadi və siyasi əlaqələrin qurulmasına töhfəsini verir
Rusiya Federasiyası Prezidentinin Azərbaycana dövlət səfəri xüsusi xarakter daşıyır. Dövlət səfərinin formatı və xarakteri xüsusi əhəmiyyətə malikdir, habelə dövlətlərarası münasibətlərin yüksək səviyyəsindən xəbər verir. 
Hazırkı şəraitdə Rusiya və Azərbaycan, həmçinin bu dəhlizin digər iştirakçıları birgə səylərlə öz fəaliyyətini davam etdirəcəklər. Cari il həmin dəmir yolu sahəsinin tələb edilən ötürücülük qabiliyyətinə malik olması üçün modernləşdirilməsi məqsədilə təxminən 120 milyon dollar ekvivalentində vəsait nəzərdə tutulub.
Azərbaycanın COP29 iqlim konfransında ev sahibi qismində namizədliyi Rusiya tərəfindən dəstəklənib. Rusiyanın dəstəyi müstəsna dərəcədə mühümdür və hazırda ikitərəfli formatda da bu iqlim konfransına hazırlıqla bağlı məsələlər üzərində işlər aparılır.
Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır. Nəqliyyat dəhlizləri, nəqliyyat yolları və “Şimal-Cənub” layihəsinin həyata keçirilməsi kimi məsələlərin aktuallığı danılmazdır. Hazırda bu dəhlizin ötürücülük qabiliyyətini yüksəltmək və onun dəmir yolu sahəsinin modernləşdirilməsi üçün lazımi işlər görülür.
Вернуться назад